Sizin Reklam Burada

İki nazir müavini DTX-ya çağırıldı – Sensasion məqam

İki nazir müavini DTX-ya çağırıldı – Sensasion məqamXarici İşlər nazirinin iki müavini bu gün DTX-da istintaqa cəlb ediliblər.

Avrasiya.net xəbər verir ki, bu barədə məlumatı Musavat.com etibarlı mənbələrinə istinadən yayıb. İddia edilib ki, Xarici İşlər nazirinin iki müavini – Ramiz Həsənov və Nadir Hüseynov XİN-də baş verən pozuntularla bağlı DTX-ya çağırılıb və ifadə veriblər.

Məlumata görə, aparılan istintaq hərəkətlərinin nəticəsi olaraq yaxın günlərdə Xarici İşlər Nazirliyinin ali rəhbərliyinə aid daha bir neçə vəzifəli şəxslə bağlı ölçü götürüləcəyi gözlənilir.

Qeyd edək ki, Dövlət Təhlükəsizlik Xidməti Xarici İşlər Nazirliyində (XİN) iyulun 3-də əməliyyat keçirmişdi. Aparılan cinayət işi üzrə XİN-in İşlər İdarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Mollazadə, İşlər İdarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq İdarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev həbs edilmişdi. Onlar vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət almada ittiham edilirlər.

Həmçinin iyulun 10-da Konsulluq İdarəsinin rəisi Faiq Bağırov və digərləri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi.

Sayt bildirib ki, Konsulluq İdarəsi nazir müavini Nadir Hüseynovun kurasiyasında olub. N.Hüseynov 2010-cu ilin noyabrın 24-dən nazir müavini postunda işləyib.

Fərhad Mollazadə və Səlim Əlizadə isə başqa bir nazir müavini - Ramiz Həsənovun kurasiya etdiyi idarənin rəhbər işçiləri idilər.

R.Həsənov 1984-1990-cı illərdə SSRİ Xarici Ticarət Nazirliyində çalışıb. 2004-2005-ci illərdə isə Azərbaycanın Gürcüstandakı səfiri olub. 2005-2008-ci illərdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin baş direktoru, 2008-2018-ci illərdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışıb. Yada salaq ki, Prezident 20 aprel 2018-ci ildə bu komitəni ləğv edib. May ayında R.Həsənov E.Məmmədyarova müavin təyin edilib. R.Həsənovun qardaşı Dursun Həsənov bir neçə ildir ki, Gürcüstadakı səfirliyimizə rəhbərlik edir. XİN-in keçmiş mətbuat katibi Elxan Poluxov isə nazir müavinin qaynıdır. Hazırda o, Braziliyada səfirdir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər