Sizin Reklam Burada

"Bizim gücümüz birliyimizə söykənir"

"Bizim gücümüz birliyimizə söykənir"Əlisahib Hüseynov
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun xaricə ilk rəsmi səfərinə məhz Türkiyə Respublikasından başlaması tamamilə təbii və gözlənilən idi. Bu iki qardaş ölkə arasında yazılmamış diplomatik-siyasi qaydalardan, normalardan biridir. Türkiyə və Azərbaycan rəhbərlərinin, XİN başçılarının ilk rəsmi səfərlərini bir qayda olaraq Bakı və Ankaradan başlamaları bu iki ölkənin bir-birinə nə dərəcədə yüksək dəyər, öncəlik verməsinin təzahürüdür.

Bildiyimiz kimi XİN rəhbərlərinin bu görüşündə iki ölkə arasında mövcud əməkdaşlığın həm ikitərəfli, həm də çoxtərəfli formatlarda bundan sonra da davam etdiriləcəyindən əminlik ifadə edilib. Azərbaycanla Türkiyə bundan sonra da əməkdaşlığı və müttəfiqliyi daha da dərinləşdirməkdə maraqlıdır. Türkiyənin Azərbaycana həm siyasi, həm də hərbi müstəvidə dəstəyi bundan sonra daha da genişlənəcək. Nazir Ceyhun Bayramovun Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi sonuncu təxribatdan danışaraq, Türkiyə dövlətinin hər zaman olduğu kimi Azərbaycanın haqq mövqeyinə nümayiş etdirdiyi dəstəyi xüsusi olaraq qeyd etməsi tam yerinə düşdü.

Görüşdən sonra keçirilən mətbuat üçün brifinqdə çıxışı zamanı Türkiyə XİN-in başçısı Mövlud Çavuşoğlunun ATƏT-in Minsk Qrupu həmsədrlərini fəaliyyətsizlikdə tənqid etməsi bu görüşün əsas məqamlarından biri oldu. Nazir bildirdi ki, “Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qərarlar olsa da, münaqişə həllini tapmır. ATƏT-in Minsk Qrupunun həmsədrləri münaqişənin həlli üçün səmimi şəkildə səy göstərmirlər”. Bu haqlı iraddır. Minsk qrupu “status-kvo”nun davam etməsində Ermənistana yardımçı olmaq mövqeyindən əl çəkməlidir.

Əks halda, Azərbaycan həmsədrlik institutunun səmərəsiz xidmətindən, vasitəçiliyindən imtina edə və ya onun tərkibinin yenilənməsi təşəbbüsü ilə çıxış edə bilər. Rəsmi Bakı Türkiyənin də həmsədr olmasında maraqlıdır. Türkiyə həmsədr olarsa Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli prosesi dərhal “dalan” vəziyyətindən çıxacaq və proseslərin dinamikası artacaq.

ATƏT-in Minsk Qrupu həmsədrlərinin hazırkı formatının dəyişdirilməsi və Türkiyənin dövrəyə daxil olması digər həmsədr ölkələrin də Qarabağ məsələsinə münasibətinin kökündən dəyişməsinə təkan verəcək. Mövlud Çavuşoğlu bu mövqeyi ilə demək istəyirdi ki, Qarabağla bağlı səmərəsiz və nəticəsiz danışıqlar dövrü artıq bitmiş sayılır. Bundan sonra sözdən işə keçmək lazımdır.

Ceyhun Bayramovun Mövlud Çavuşoğlu ilə görüşdə “bizim birliyimiz əbədidir” ifadəsini səsləndirməsi isə bu iki ölkənin hər zaman bütün məsələlərdə bir-birinin haqq işini dəstəkləyəcəklərinin təsdiqi və zəmanəti idi. Bizim gücümüz həqiqətən də birliyimizə söykənir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər