İranlı molla Suriyada öldürüldü, xalq ayağa qalxdıİran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) tərkibində Suriyaya göndərilmiş iranlı molla Əbu əl-Fadi Serlak naməlum şəxslər tərəfindən öldürülüb.

Axar.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Molla Serlakın Həma və Hələb vilayətləri arasında yerləşən ərazidə bomba partlayışı nəticəsində öldüyü deyilib.

O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edilir ki, mollanın ölümündən sonra İranın müxtəlif şəhərlərində əhali küçələrə axışıb.
İcra başçısının şok sərvəti açıqlandı - SiyahıDövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bir-birinin ardınca müxtəlif dövlət orqanlarında əməliyyatlar keçirməsi və rüşvətxor, aztəminatlı ailələrə göstərilən dövlət yardımına belə göz dikən icra başçılarının həbs edilməsi, onların rüsvayçı əməllərinin çəkilərək, nümayiş etdirilməsi böyük rezonans doğurub.

Avrasiya.net xəbər verir ki, bu, Prezidentin rüşvətxorluğa qarşı qətiyyətli iradəsi, eyni zamanda DTX-nın əvvəlki hörmətini özünə qaytarmaqla, xüsusi peşəkarlığı olaraq qiymətləndirilir.

Paralel olaraq isə mediada icra başçıları ilə bağlı məlumatlar tirajlanaraq, bunlara diqqət çəkilməsi istənilir.

Külli miqdarda sərvətə sahib olması barədə məlumat yayılanlardan biri də Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevdir.

Musavat.com V.İsayevin paytaxtın müxtəlif yerlərində mənzilləri, obyektlərinin siyahısını təqdim edib:

1. Bakı, A.Bakıxanov-39 ünvanında mənzil
2. H.Zərdabi 3153-cü məhəllə, ev 7, mən. 200 mənzil
3. Şərq küçəsi, ev 11 B ünvanında mənzil
4. Oğluna 100.000 manatlıq çayxana
5. Kürəkəninə Qaçqın Şəhərciyində ümumi sahəsi 100 kv/metr olan dükan
6. “Ana və Uşaq” kafesi
7. Təchizat BCS MMC şirkəti
8. Bərdədə ikimərtəbəli mağaza
9. Mixaylovka kəndində imarət
10. Ağcakənddə ikinci böyük villa
11. Xətai rayonu, Babək prospektində dörmərtəbəli 2 ayrı-ayrı malikanə
12. Bərdədə Heydər Əliyev parkında kafe
13. Yevlaxda əzəmətli villa
14. Yevlax-Bərdə yolunun üstündə balıq vətəgələri
15. Yevlaxda, Bərdədə, Tərtərdə hektarla torpaq sahələri, iaşə obyektləri, mənzillər

V.İsayevin kifayət qədər bahalı olan “Toyota Prado” (90 GP 555 dövlət nişanlı) və Mercedes G63 AMG avtomobilinə, həmçinin Rusiya və Türkiyədə biznes və obyektlərə sahib olduğu da bildirilir.

Zəruri olaraq bir məqamı da xatırladaq ki, V.İsayevin Qarabağ Müharibəsi Əlilləri İctimai Birliyinin Bərdə şöbəsinə hər ay yerli qurumlar tərəfindən pul köçürülməsini tapşırdığı da bildirilir. Nəticəsə isə bu quruma hər ay 10 min vəsait yığılır. Həmin vəsaitin hara və necə xərcləndiyi haqda heç bir məlumat yoxdur.
"Real TV"nin peyk yayımı lisenziyasına xitam verildi"Real TV"nin peyk yayımı lisenziyasına xitam verilib.

Avrasiya.net-in məlumatına görə, Milli Televiziya və Radio Şurasının iclasında “Real Təhlil İnformasiya Mərkəzi” MMC-nin peyk yayımı lisenziyasına xitam verilməsi haqqında müraciətinə baxılıb.

Hazırda “Real Təhlil İnformasiya Mərkəzi” MMC-nin ümum-ölkə televiziya yayımı üçün Milli Televiziya və Radio Şurası tərəfindən verilən 23 aprel 2019-cu il tarixli 197 qeydiyyat nömrəli lisenziyaya malik olduğunu, bu lisenziyanın da bütün yerüstü, kabel, peyk, İPTV operatorlarında yayımlanmaq hüququ verdiyini nəzərə alaraq, Şura “Real Təhlil İnformasiya Mərkəzi” MMC-yə peyk yayımı üçün verdiyi 5 mart 2018-ci il tarixdə 186 qeydiyyat nömrəli lisenziyanın ləğv olunması haqqında qərar çıxarıb.

İclasda həmçinin 7-10 may tarixlərində ümum-ölkə televiziya kanallarının monitorinqinin nəticələri müzakirə olunub.

7 may 2020-ci il tarixdə “Xəzər” televiziya kanalının efirində yayımlanan “Qəlb oğrusu” bədii filmində tütün məmulatından istifadə səhnəsinin aşkar şəkildə yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 40.2.2.-1-ci maddəsinin tələbləri pozulmuşdur. Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq “Xəzər” televiziya kanalının efirində 18 may 2020-ci il tarixdə proqramların yayımının 1 saatlıq müddətədək (saat 08:00-dan saat 09:00-dək) dayandırılması haqqında qərar qəbul edib.

9 may 2020-ci il tarixdə “ARB” televiziya kanalının efirində yayımlanan “Bakıda küləklər əsir” bədii filmində tütün məmulatından istifadə səhnəsinin aşkar şəkildə yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 40.2.2.-1-ci maddəsinin tələbləri pozulub. Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq “ARB” televiziya kanalının efirində 18 may 2020-ci il tarixdə proqramların yayımının 1 saatlıq müddətədək (saat 16:00-dan saat 17:00-dək) dayandırılması haqqında qərar qəbul edib.
Donald Tramp İlham Əliyevə təbrik məktubu göndərdiAmerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə 28 May – Respublika Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Avrasiya.net xəbər verir ki, Prezident Donald Tramp məktubunda 28 May – Respublika Günü münasibətilə Azərbaycan Prezidentinə və xalqına Amerika xalqı adından səmimi salamlarını və təbriklərini çatdırır.

ABŞ prezidenti ölkəsinin Azərbaycanın suverenliyini və müstəqilliyini güclü şəkildə dəstəklədiyini qeyd edib: "Birləşmiş Ştatlar və Azərbaycan beynəlxalq təhlükəsizliyi gücləndirmək, Avropanın enerji marşrutlarını və mənbələrini şaxələndirmək və iki böyük xalqın insanlarına parlaq gələcək qurmaq naminə təxminən 30 il əməkdaşlıq ediblər. Bu sahələrdə Azərbaycanın mühüm töhfələrini dəyərləndirir, dəstəklənməsinə söz verdiyimiz demokratik idarəetməni təşviq edən, habelə hüquq və azadlıqları qoruyan bütün addımların atılmasına həvəsləndiririk. Koronavirus pandemiyası ilə üzləşdiyimiz bir vaxtda Birləşmiş Ştatlar Azərbaycan xalqının yanındadır. Biz Minsk qrupunun həmsədrlərindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin dayanıqlı və sülh yolu ilə həlli üçün danışıqların dəstəklənməsində iştirakımızı davam etdirəcəyik.
Xahiş edirəm 28 May – Respublika Günü münasibətilə təbriklərimi və ən xoş arzularımı qəbul edəsiniz”.
 DTX tərəfindən saxlanılan general-leytenant KİMDİR?Bu gün Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.

Avrasiya.net DTX-nın rəsmi saytına istinadən xəbər verir ki, cinayət işi üzrə DSX-nin rəis müavini general-leytenant Nağıyev Əfqan Vəli oğlu, DSX-nin yüksək rütbəli hərbi qulluqçuları və mülki şəxslər şübhəli şəxs qismində saxlanılıblar.

Dövlət Sərhəd Xidmətinin Lən kəran, Nefçtala və Xaççmaz rayonlarında Sahil Mügafizə İdarələrinin rəislərinin qanuna zidd əməlllər törətməsi barədə məlumat yayılmışdı.

Bəs Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin müavini, Sahil Mühafizəsinin rəhbəri Əfqan Vəli oğlu Nağıyev kimidr? Onun barəsində açıq mənbələrdə geniş informasiyanın olmamasına rəğmən generalın Sahil Mühafizəsinə uzun illər rəhbərlik etdiyi məlumdur. O həmçinin, Xəzər dənizində keçirilən hərbi təlimlərə rəhbərlik edib.

Əfqan Nağıyevin general leytenat rütbəsini 2018-ci il avqusutun 16-daaldığı da məlumdur.

Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi 2005-ci il 18 ferval tarixində Azərbaycan prezidentinin sərəncamı ilə yaradılıb.
DSX-nin rəis müavini həbs edildi Məlumat verildiyi kimi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.

Avrasiya.net xəbər ki, bu barədə DTX-nin rəsmi saytı məlumat yayıb.

Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanılmış cinayət işi üzrə DSX-nin rəis müavini general-leytenant Nağıyev Əfqan Vəli oğlu, DSX-nin yüksək rütbəli hərbi qulluqçuları və mülki şəxslər şübhəli şəxs qismində saxlanılmışlar.

Hazırda araşdırmalar davam etdirilir.

İctimaiyyətə əlavə məlumat veriləcəkdir.
Azərbaycanda general-leytenant və bir qrup yüksək rütbəli hərbçi saxlanıldıDövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.

Avrasiya.net Dövlət Təhlükəsizliyi Xidmətinin saytına istinadən xəbər verir ki, faktla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanılmış cinayət işi üzrə DSX-nin rəis müavini general-leytenant Nağıyev Əfqan Vəli oğlu, DSX-nin yüksək rütbəli hərbi qulluqçuları və mülki şəxslər şübhəli şəxs qismində saxlanılıblar.

Hazırda araşdırmalar davam etdirilir.
Vilayət Quliyev, siz köşə yazarı, tədqiqatçı, yoxsa səfirsiniz? Niyə öz işinizlə məşğul olmursunuz? Yaxud Vilayət Quliyev haqqında 3 xatirəYaradıcılıq azadlığı deyilən bir hüquq var. Hər kəs yaradıcılıqla məşğul olmaqda sərbəsdir. Lakin sən əgər səfirsənsə, birinci öz işinlə məşğul olmalısan. Cümhuriyyət irisi bizim həssas yerimizdir. Düzdür, mühacirətdə olan Cümhuriyyət mücahidlərimiz vaxtilə bir- birlərinə qarşı əsası olmayan ittihamlar da irəli sürüblər, bir-birlərinin əlehinə kitab da yazıblar. Cümhuriyyət irsini araşadıran şəxslər söhbətin kimlərdən getdiyini anlıyırlar. Bu münasibətlər onların müqəddəsliyinə şübhə toxumu səpə bilməz. Bu onların bir-birinə münasibətidir. Bir də var onların VƏTƏNİMİZ AZƏRBAYCANA münasibəti. Burada məsələ birmənalıdır, hamısı vətən fədaisidir.

Modern.az saytının köşə yazarı, Azərbaycan Respublikasının Macarıstandakı səfiri Vilayət Quliyev saytın bu günki sayında Azərbaycan Baş nazirinin müəmmalı ÖLÜMÜ - Harda, necə... (https://modern.az/az/news/239434) adlı məqalə ilə çıxış edib. Azərbaycan Cümhuriyyətinin baş naziri olmuş Nəsib bəy Yusifbəylinin ölümünə həsr edilmiş məqalədə heç bir dəxli olmadan belə bir ifadə işlədib. “Şəfiqə xanım Qaspralı iddia edir ki, üsyanın məğlubiyyətindən sonra Gürcüstana keçməyə müvəffəq olan M.Vəkilov Tiflis bankında Nəsib bəyin hesabındakı bütün pulları götürərək mənimsəyib. Yəni onun artıq həyatda olmadığını dəqiq bildiyi üçün bu addımı atıb”.

Nəsib bəy Yusifbəylinin Tiflisdə Bank hesabında pulu ola bilərdimi?

Azərbaycan ictimaiyyətində çox populyar olan N.Yusifbəylinin atasının ona yazdığı məktub çox ibrətamizdir.

Nəsib bəy Yusifbəylinin atası məktubunda yazır: ”Əziz oğlum, artıq səbrim tükənib, dözə bilmirəm. Hamısnı yazacağam. Sıxıntı içində borc alaraq sənin ali təhsil almağını təmin edə bildim. Ali təhsilini bitirib Gəncəyə qayıdanda artıq hər şeyin rahat olacağını yəqin etdim. Sən Gəncəyə gəlib bələdiyyədə ərzaq işləri üzrə müdir oldun. Sənə yenə mən baxdım. Məndən yalnız pul istədin. Sonra Tbilisiyə gedərək Seymin maarif naziri oldun. Aldığın pul ilə yenə özünü saxlaya bilmədin. Bir neçə dəfə pul istədin, göndərdim. Sonra Azərbaycanın istiqlalını elan etdiniz. Gəldin cümhuriyyətimizin maarif naziri oldun. Dövlətimizin mərkəzi olan Bakıda işlədin. Yenə də aldığın maaş səni təmin etmədi. Yenə məndən pul istədin. Həmişə göndərirdim. Adına olan torpaq sahəsinin bir hissəsini satmışdım. O pullardan da göndərdim sənə. Bu gün isə baş nazirsən. Dövlət başçısısan, yəni ölkəmizin padşahı olmuşsan. Yenə bağının qamışını mən alım? Sən pul göndərə bilərsənmi? “..

Lakin Vilayət Quliyevin sözlərindən belə çıxır ki, Nəsib bəy Yusifbəyli atasından xəlvət pul toplayıb Tiflisdə banka qoyurmuş. Bankda pulu ola-ola atasına məktub yazıb ondan maddi yardım istəyirmiş.

İkinci bir tətəfdən Mustafa bəy Vəkilov başqasının adına olan bank hesabından pulu necə çıxarda bilərdi?

Vilayət Quliyevin məntiqinə görə Tiflisdə kim istəsə yaxınlaşıb bankdan başqasının adına olan pulu əldə edə bilərdi. Elə isə Bankda pul qalardımı?

Vilayət Quliyev bu əsasız iddiası ilə Azərbaycan Cümhuriyyətinin yetişdirdiyi iki böyük şəxsiyyətə ləkə yaxmış olub.

Keçək indi xatirələrə. 1-ci xatirə. Buna lətifə də demək olar, amma reallığı əks elətdirdiyi üçün xatirə deyirəm.

Vilayət Quliyev 1999-cu ildə yeni Xarici İşlər Naziri təyin olunmuşdu. Nazir Prezident Heydər Əliyevlə təyyarə ilə xarici səfərdən qayıdarkən “qeyri-adi” bacarığı ilə təyyarədən tələsik düşüb Heydər Əliyevi qarşılayan heyətə daxil olaraq trapda Heydər Əliyevə əl uzadarkən Heydər Əliyev: "Sən mənimlə təyyarədə deyildin?" - deyə təəccübünü gizlətməyibmiş. Bunu Vilayət Quliyevin Xarici İşlər Naziri kimi ən yaddaqalan xatirəsi saymaq olar.

İkinci xatirə mərhum Prezident Heydər Əliyev televiziya ekranları qarşısında iclasda Vilayət Quliyevdən cənablar, zati aliləri müraciəti ilə bağlı izahat istəmşidi. O isə bu müraciətlərin orta əsrlərdə şahlara münasibətdə yarandığını söyləmişdi. Qeyd edim ki, bundan sonra idarə və təşkilatlarada rəhbər şəxslərə yazılı müraciət edərkən cənablarına deyil, cənab flankəs ifadəsi istifadə edildi. Bu da Vilayət Quliyevin Azərbaycan xalqı qarşısında ikinici xidməti.

Xüsusi qeyd: Hazırda Azərbaycan Respublikasının Macarıstandakı səfiri vəzifəsini daşıyan Vilayət Quliyev özünü saytda Z.A – Zatı Aliləri kimi təqdim edir (http://budapest.mfa.gov.az/content/37 ) Z.A. Cənab Vilayət QULİYEV – Fövqəladə və səlahiyyətli səfir / Diplomatik nümayəndəliyin rəhbəri. Necə deyərlər, Prezidentin hüzurunda dediyinin ona adiyyatı yoxdur. Səfir işlədiyi üçün Zatı Aliləri olub.

Üçuncü xatirə. Necə deyərlər, əgər bu günkü yazısı olmasa idi bu xatirəni yazmazdım. Adam səfirdimi köşə yazarıdırmı, tədqiqatçıdırmı məlum deyil. Bu adam səfir kimi heç vaxt gündəmdə olmayıb, ümumiyyətlə bu adam Bakıdadırmı Budapeştdədirmi? Bunu, inanın, Xarici İşlər Naziri Elmar Məmmədyarov'>Elmar Məmmədyarov da bilmir ki, Vilayət Quliyev haradadır. Ötən il Dövlət İdarəçilik Akademiyasında Vilayət Quliyevin Əlimərdan bəy Topçubaşova həsr edilmiş kitabının təqdimatı idi. İdarəçilik Akademiyasından dostalarımız məni də dəvət etmişdilər. Adətən belə təqdimatda müəlifdən kitab əldə etmək imkanı olur. Mən də düşündüm ki, nə gözəl həm tədbirdə iştirak edərəm, həm də Topçubaşova həsr edilmiş kitabı müəllifdən əldə edərəm. Lakin kitabı əldə edə bilmədim. Bilirsiniz niyə? Çünki Vilayət Quliyev həmin kitabı nəşriyyat vasitəsilə satışa qoymuşdu. Bu sözlərimin min bir əziyyətlə kitab cap edib satışa qoyan müəlliflərə heç bir adiyyatı yoxdur. Lakin Xarici İşlər Naziri olmuş, səfir kimi 5 min ABŞ dollarından çox maaş alan bir şəxsin Cümhuriyyət mövzusunda kitabı satışa qoyması, mənə görə, ayıbdır.

Hüquqşünas , Səməd Vəkilov
İlham Əliyev Əmanətlərin Sığortalanması Fonduna yeni direktor TƏYİN ETDİPrezident İlham Əliyev Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

Avrasiya.net xəbər verir ki, sərəncama əsasən, Tural Qüdrət oğlu Piriyev Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru təyin edilib.

Qeyd edək ki, indiyə kimi Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru vəzifəsini müvəqqəti olaraq direktor müavini Vüqar Abdullayev yerinə yetirirdi.


Azərbaycanda daha 121 nəfər koronavirusa YOLUXDUAzərbaycan Respublikasında 121 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 44 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumatda bildirilib.

Qeyd edilib ki, hazırkı dövrədək ölkəmizdə 2879 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1833 nəfər müalicə olunaraq sağalıb, 35 nəfər vəfat edib, 1011 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 29 nəfərin vəziyyəti ağır, 38 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Bildirilib ki, ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 214.291 test aparılıb.