Sizin Reklam Burada

Şura “Koronavirus həmrəyliyi, beynəlxalq təcrübə” mövzusunda videokonfrans keçirib

Şura “Koronavirus həmrəyliyi, beynəlxalq təcrübə” mövzusunda videokonfrans keçiribAzərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Real TV ilə birgə təşkil etdiyi "Evdə qalaq, bilgi alaq!” onlayn ictimai dəstək və maarifləndirmə kampaniyası çərçivəsində mayın 13-də "Koronavirus həmrəyliyi, beynəlxalq təcrübə” mövzusunda yerli və xarici vətəndaş cəmiyyəti nümayəndələri ilə birlikdə videokonfrans keçirilib.

Azərbaycan, Böyük Britaniya, Rusiya, Türkiyə, Polşa, Bosniya və Herseqovina, Ukrayna, Slovakiya, Yunanıstan, Fransa vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirak etdiyi videokonfransda koronavirusun (COVID-19) yaratdığı fəsadlar, dünya ölkələrinin bu pandemiyaya qarşı birgə mübarizəsi, həmrəyliyin daha da artırılması ilə bağlı müzakirələr aparılıb, çıxışlar dinlənilib.

Şuranın katibi Nərgiz Xələfin moderatorluğu ilə keçirilən beynəlxalq videokonfransın sonunda yerli və xarici QHT-lər birgə bəyanat qəbul ediblər.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə keçirilən "Koronavirus həmrəyliyi, beynəlxalq təcrübə" mövzusunda beynəlxalq videokonfrans iştirakçılarının

BİRGƏ BƏYANATI

13 may 2020-ci il

Biz, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə keçirilən "Koronavirus həmrəyliyi, beynəlxalq təcrübə" mövzusunda beynəlxalq videokonfransın Azərbaycan, Bosniya və Herseqovina, Yunanıstan, Polşa, Rusiya Federasiyası, Slovakiya, Türkiyə, Ukrayna və Böyük Britaniyanın vətəndaş cəmiyyəti institutlarını təmsil edən iştirakçıları,

COVID-19 pandemiyası və onun yaratdığı fəsadların miqyasını, eləcə də koronavirusdan zərər çəkənlərin sayını nəzərə alaraq,

Ölkələrimizin COVID-19-un əhali arasında geniş yayılması ilə bağlı səylərinə töhfə vermək məqsədini rəhbər tutaraq,
Azərbaycan Hökuməti tərəfindən Ümumdünya Səhiyyə Təşkilatına ümumilikdə 10 milyon ABŞ dolları məbləğində ianənin ayrılması və Azərbaycanın bu günə qədər 10 ölkəyə humanitar yardım göstərməsi ilə nümayiş etdirilən parlaq həmrəylik və çoxtərəfli əməkdaşlıq nümunəsini təqdir edərək,

Vətəndaşların pandemiyadan qorunması üçün atılacaq zəruri addımlarla əlaqədar insanların məlumatlılığının və ictimai nəzarətin inkişafında VCİ-lərin fəaliyyətinin və həmrəyliyinin rolunu əhəmiyyətini bir daha vurğulayaraq,
Aşağıdakıları bəyan edirik:

Biz, ölkələrimizin hökumətləri tərəfindən COVID-19 bəlasını aradan qaldırmaq, eləcə də onun sosial-iqtisadi və səhiyyə sahələrinə təsirini minimuma endirərək postpandemiya dövrünə rəvan keçidi təmin etmək məqsədilə həyata keçirilən kompleks tədbirləri dəstəkləyirik;

Biz, hər kəsi Ümumdünya Səhiyyə Təşkilatının COVID-19 ilə bağlı tövsiyələrinə və preventiv tədbirlərə dair təlimatlarına riayət etməyə çağırır və hazırda bir sıra digər ölkələrdə də tətbiq edilən koronavirusa qarşı mübarizənin "Azərbaycan modeli"nin effektivliyini yüksək qiymətləndiririk;
Biz, vətəndaşların sağlamlığının qorunması, eləcə də şəxsi gigiyena vasitələri və COVID-19-a qarşı digər profilaktik tədbirlər barədə geniş ictimaiyyətin məlumatlandırılması işində QHT-lərin daha yaxından iştirakını təşviq etmək üçün bundan sonra da fəaliyyətimizi davam etdirəcəyimizi qeyd edirik;

Biz, postkoronavirus dövründə digər oxşar pandemiya təhlükələrinin qarşısının alınması üçün adekvat ictimai dəstəyin göstərilməsini təmin etmək məqsədilə QHT-lərin koalisiyasını yaratmaq niyyətimizi vurğulayırıq.

JOINT DECLARATION

of the International Videoconference on “Coronavirus solidarity, international experience” organized by the Council on State Support to NGOs under the auspices of the President of the Republic of Azerbaijan

May 13, 2020

We, the representatives of the civil society institutions (CSOs) from Azerbaijan, Bosnia and Herzegovina, Greece, Poland, Russian Federation, Slovakia, Turkey, Ukraine and the United Kingdom, participating at the International Videoconference on “Coronavirus solidarity, international experience” organized by the Council on State Support to NGOs under the auspices of the President of the Republic of Azerbaijan,

Taking into account the scale and number of those affected by the COVID-19 and its consequences,
Guided by the aim to contribute to the efforts undertaken by our countries to tackle the wider spread of the COVID-19 among the population,

Highly appreciating the bright example of solidarity and encouragement of multilateral cooperation put forward by the Azerbaijani Government, including the allocation of 10 million USD to the World Health Organization and humanitarian aid provided so far by Azerbaijan to 10 countries,

Reiterating the role of activities and solidarity of the CSOs in development of the people’s awareness and public oversight regarding the necessary steps to be undertaken to secure the population from the pandemic,
Hereby declare the following:

We support the complex set of measures undertaken by the governments of our countries to tackle the COVID-19 and ensure the smooth transition to the post-pandemic period with minimum negative impact on the social, economic and healthcare situation;

We call on the people over the globe to comply with the recommendations and preventive measures of the World Health Organization regarding the COVID-19 and highlight the effectiveness of the “Azerbaijani model” of the fight against the novel coronavirus being also currently implemented in a number of other countries,

We express our commitment to continue further activities to encourage the CSOs’ closer engagement into the support of public health and raising the public awareness on the means of personal hygiene and other preventive measures against COVID-19;

We emphasize our intention to establish the Joint Coalition of the NGOs to ensure the provision of the adequate public support to prevention of similar pandemics in the post-coronavirus period.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər