İlham Əliyev Əmanətlərin Sığortalanması Fonduna yeni direktor TƏYİN ETDİ

İlham Əliyev Əmanətlərin Sığortalanması Fonduna yeni direktor TƏYİN ETDİPrezident İlham Əliyev Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

Avrasiya.net xəbər verir ki, sərəncama əsasən, Tural Qüdrət oğlu Piriyev Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru təyin edilib.

Qeyd edək ki, indiyə kimi Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru vəzifəsini müvəqqəti olaraq direktor müavini Vüqar Abdullayev yerinə yetirirdi.