Sizin Reklam Burada

Anar Məmmədov seçiciləri üçün onlayn qəbul keçirdi

Anar Məmmədov seçiciləri üçün onlayn qəbul keçirdi 96 saylı Goranboy-Naftalan seçki dairəsindən deputat Anar Məmmədov karantin rejimi ilə əlaqədar olaraq seçicilərlə onlayn qəbul keçirib. 22 nəfər seçici ilə onlayn bağlantı vasitəsilə qoşulan deputat ilk öncə karantin rejimi ilə bağlı seçicilərinə xəbərdarlıq edib, karantin rejiminin qaydalarına və tələblərinə tam şəkildə riayət etmələrini, məsuliyyətlə davranmalı, qaydalara ciddi əməl etməklə həm özlərini, həm də yaxınlarını xəstəlikdən qorumalı və ətrafdakıları risk altına qoymamağı diqqətə çatdırıb.

Sonra seçicilər öz xahişlərini bildiriblər. Müraciətlər əsasən bir neçə kəndə internet xətlərinin çəkilməsi, işıq naqillərinin dəyişdirilməsi, kənd yerlərində torpaqların suvarma və meliorasiya təminatının yaxşılaşdırılması və içməli su təchizatının yaxşılaşdırılması ilə əlaqədar olub.
Anar Məmmədov seçiciləri üçün onlayn qəbul keçirdi
Deputat qəbul iştirakçılarının çoxsaylı suallarını da cavablandırıb və sonra seçicilərini əmin edib ki, bundan sonra onlarla sıx təmasda olacaq. Onun sözlərinə görə, seçicilərini narahat edən məsələləri daim diqqət mərkəzində saxlayır və onların həlli üçün müvafiq addımlar atır. Anar Məmmədov deyib ki, seçicilərin ona ünvanladığı müraciətləri aidiyyatı qurumlara göndərməklə yanaşı, onların icra vəziyyətini də daim diqqətdə saxlayır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər