Sizin Reklam Burada

DSMF-də struktur dəyişikliyi: Yeni qurum yaradıldı

DSMF-də struktur dəyişikliyi: Yeni qurum yaradıldıƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əmri ilə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər İdarəsi Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsi adlandırılıb.

Nazirlikdən Avrasiya.net-ə verilən məlumata görə, fondun yerli orqanlarının fəaliyyətinin optimallaşdırılması, habelə idarəetmənin təkmilləşdirilməsi məqsədilə Dövlət Sosial Müdafiə Fondunun şəhər və rayon şöbələrində uçotda olan sığortaedən və sığortaolunanların həmin idarədə uçotunun mərkəzləşdirilməsi işlərinə başlanılıb.

Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə yerli qurumlarında uçotda olan bütün sığortaedənlərin və sığortaolunanların uçotunun mərkəzləşdirilməsi artıq başa çatıb.

Fondun ölkənin digər şəhər və rayon şöbələri üzrə uçotda olan sığortaedən və sığortaolunanların uçotunun mərkəzləşdirilməsi isə bir ay ərzində həyata keçiriləcək.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər