Sizin Reklam Burada

"Mədəniyyət Nazirliyində baş verən rüsvayçılıq milli mədəniyyətimizə qarşı ağır cinayətdir"

"Mədəniyyət Nazirliyində baş verən rüsvayçılıq milli mədəniyyətimizə qarşı ağır cinayətdir" Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının Mədəniyyət Nazirliyində yüksək vəzifəli şəxslərin korrupsiya əməlinə görə həbs olunmasına münasibət bildirib.

Avrasiya.net-ə açıqlamasında partiya sədri bunları dedi:

Mədəniyyət Nazirliyində baş verən rüsvayçılıq adi korrupsiya əməli deyil, milli mədəniyyətimizə qarşı ağır cinayətdir. Mədəniyyətin inkişafı üçün ayrılmış büdcə vəsaitlərinin talan edilməsi, mədəni irs sərvətlərinin dağıdılması, sistemli xarakter daşıyan rüşvətxorluq və digər korrupsiya əməlləri son nəticədə Azərbaycan xalqının mədəniyyətinə bərpaolunmaz zərər vurur. Korrupsiya əməlləri bir sıra digər mərkəzi icra hakimiyyəti orqanlarında da baş verir.

Lakin Mədəniyyət Nazirliyi sistemində bu cinayət əməlləri daha təhlükəli xarakter daşıyır, insanları mədəni dəyərlərdən məhrum etməklə onların mənəviyyatını korlayır. Mədəniyyət Nazirliyində baş verənlər həm də bu sistemin idarə olunmasının səriştəsiz və yarıtmaz təşkilinin nəticələri kimi də qiymətləndirməlidir.

Məlum olduğu kimi mərkəzi icra hakimiyyəti orqanları sistemində idarəetmənin təşkilinə görə bilavasitə onun rəhbəri məsuliyyət daşıyır. Nazirlik təkbaşına rəhbərlik edilən mərkəzi icra hakimiyyəti orqanıdır. Buna görə də hər hansı bir nazirliyin sistemində idarəetmənin təşkilinə, müvafiq sahənin inkişafına və baş verənlərə görə bilavasitə nazir şəxsi məsuliyyət daşıyır.

O cümlədən Mədəniyyət Nazirliyində törədilən cinayətlərə – büdcə vəsaitlərinin talan edilməsi, mədəni irs sərvətlərinin dağıdılması, rüşvətxorluq və sair əməllərə görə təkcə həbs edilən məmurlar deyil, həm də nazir Əbülfəs Qarayev şəxsən məsuliyyət daşıyır. Həm siyasi, həm mənəvi və həm də hüquqi məsuliyyət…».

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər