AVP-də növbəti qurultay keçirilir, Elçin Ağamalı legitim saymır

Bu gün Ana Vətən Partiyasının növbəti qurultayı keçirilir.

Bu barədə APA-ya AVP sədri Fəzail Ağamalı xəbər verib.

Qeyd edək ki, keçən il oktyabrın 25-də qalmaqallı qurultayda AVP-nin sədri Fəzail Ağamalının qızı, deputat Günay Ağamalı, oğlu Elçin Ağamalı və daha 2 nəfər partiya sədri postuna iddialı olub. Günay Ağamalının namizədliyini irəli sürmüş Fəzail Ağamalı Elçin Ağamalının qurultayın işini pozmaq istədiyini və yaranmış vəziyyətdə qurultay nümayəndələrinin onun növbəti qurultaya qədər sədr postunda qalmasını dəstəklədiyini bildirib. Elçin Ağamalı isə 155 qurultay nümayəndəsinin 100-dən çoxunun səsi ilə sədr seçildiyini iddia edib. Yaranan qalmaqal fonunda Fəzail Ağamalı növbədənkənar qurultayın təxirə salındığını açıqlayıb. Noyabrın 3-də Elçin Ağamalı oktyabrın 25-də keçirilən növbədənkənar qurultay ilə bağlı sənədlərin Ədliyyə Nazirliyinə təqdim edildiyini açıqlayıb.
Bu gün keçirilən qurultayda Günay Ağamalının sədr seçiləcəyi gözlənilir.

Fəzail Ağamalı APA-ya açıqlamasında bu gün keçirilən qurultayın gündəliyindəki məsələlər və qəbul edilən qərarlarla bağlı yekun rəsmi məlumatın açıqlanacağını bildirib.

Elçin Ağamalı isə bildirib ki, bu qurultay partiyanın akt zalında gizli şəkildə keçirilir, Bakı şəhəri və yaxın şəhər və rayonlardan gələn, əsasən partiyaya heç bir aidiyyatı olmayan şəxslərin iştirakı ilə keçirilən qurultay qeyri legitimdir və hüquqi mübahisələndirmə üçün növbəti pozuntudur.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər