ADAU Aqrar Biznes Festivallarında stendi ilə təmsil olunub - FOTOLAR

16 və 22 Sentyabr tarixlərində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı Oğuz və Ağcabədi rayonlarında Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib.

Avrasiya.net xəbər verir ki, Festival və Yarmarkaların əsas məqsədi fermerlərin sertifikatlı və rayonlaşdırılmış toxumlarla təmin olunması, kənd təsərrüfatı məhsullarının istehsalının artırılması və regionlarda dayanıqlı kənd təsərrüfatının inkişafına dəstək verməkdir.

Festivalda innovativ həllərə əsaslanan kənd təsərrüfatı təyinatlı qurğu və avadanlıqlar, müasir yeni texnologiyalar sərgilənib. Aqrar sahədə fəaliyyət göstərən texnika, gübrə, toxum, dərman, ting və digər kənd təsərrüfatı istehsalçısı olan şirkətlərin məhsulları nümayiş olunub. Fermerlərə müxtəlif kənd təsərrüfatı bitkilərinin sertifikatlı toxumları təqdim olunmaqla yanaşı, əkin üçün düzgün sort seçiminin məhsuldarlığa təsiri, aqrotexniki qulluq qaydaları və torpaq-iqlim xüsusiyyətlərinə uyğun toxum istifadəsi barədə ətraflı məlumat verilib.

Tədbir çərçivəsində “Azərbaycanda toxumçuluğun dayanıqlı inkişafı: çağırışlar, innovasiyalar və həllər” mövzusunda panel müzakirə təşkil olunub.

Sözügedən hər iki tədbirdə Azərbaycan Dövlət Aqrar Universiteti də toxum sortları və müxtəlif aqrar məhsullardan ibarət stendi ilə təmsil olunub.


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər