BMU İndoneziya universiteti ilə əməkdaşlıq edəcək - FOTO

Bakı Mühəndislik Universiteti (BMU) ilə İndoneziya Respublikasının Surabaya Dövlət Universiteti arasında görüş keçirilib.

Avrasiya.net xəbər verir ki, onlayn formatda gerçəkləşən görüşdə BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Ətrabə Gül iki ali məktəb arasında yaranan münasibətlərin, əməkdaşlıq addımlarının məmnunluq doğurduğunu bildirib. Universitetin akademik strukturu, tədqiqat yönümlü fəaliyyəti, tədris olunan ixtisaslar, beynəlxalq əlaqələr üzrə həyata keçirilən layihələr barədə ətraflı məlumat verən prorektor, həmçinin BMU-nun xarici ali məktəblərlə tələbə və müəllim mübadiləsi proqramlarını inkişaf etdirməkdə maraqlı olduğunu diqqətə çatdırıb.

İndoneziyanın Surabaya Dövlət Universitetinin professoru Lisa Lisdiana öz növbəsində ali məktəb haqqında geniş təqdimatla çıxış edib. Təqdimatda universitetin akademik potensialı, elmi-tədqiqat sahələri, tələbələrə və müəllimlərə təklif edilən beynəlxalq əməkdaşlıq imkanlarından geniş bəhs olunub.

Görüş zamanı iki universitet arasında gələcək əməkdaşlıq perspektivləri, xüsusilə tələbə mübadiləsi proqramlarının təşkili, birgə elmi-tədqiqat layihələrinin icrası və akademik təcrübə mübadiləsi məsələləri ətraflı müzakirə olunub. Tərəflər təhsilin keyfiyyətinin artırılması, tələbələrin və müəllimlərin beynəlxalq təcrübə qazanması, universitetlərarası əlaqələrin gücləndirilməsi məqsədilə əməkdaşlığın vacibliyini vurğulayıblar.

Sonda BMU və Surabaya Dövlət Universiteti arasında əməkdaşlığın inkişaf etdirilməsi və birgə layihələrin icrası barədə ilkin razılıq əldə olunub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər