Azərbaycan Çinin onlayn turizm platforması ilə Anlaşma Memorandumu imzalayıb

Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu (ATB) Çinin aparıcı onlayn turizm platforması "Qunar" ilə Anlaşma Memorandumu imzalayıb.

Sənəd 15–19 sentyabrda Pekin, Şanxay və Quançjou şəhərlərində keçiriləmiş silsilə tədbirlər çərçivəsində imzalanıb.

Bu tədbirlər çinli və azərbaycanlı turizm sənayesi nümayəndələrini bir araya gətirib.

Memoranduma əsasən, Azərbaycanın turizm potensialı "Qunar"ın geniş rəqəmsal kanalları vasitəsilə Çin bazarında birgə təbliğ ediləcək, innovativ yanaşmalar tətbiq olunaraq ölkəmizin turizm istiqaməti kimi mövqeyi daha da gücləndiriləcək.

Tədbirlər çərçivəsində ATB nümayəndələri və yerli turizm tərəfdaşları çinli şirkətlərlə əməkdaşlıq imkanlarını müzakirə ediblər. Nümayəndə heyəti, həmçinin, Azərbaycanın Çindəki Bünyad Hüseynovla səfirlikdə görüş keçirib.

"Fliggy", "Trip.com" və "8Continents" kimi aparıcı turizm şirkətlərinin iştirakı ilə təşkil olunan işgüzar şam yeməyi 60-a yaxın Çin turizm sənayesi nümayəndəsini və 20-yə yaxın yerli turizm təmsilçisini bir araya gətirib. Silsilə tədbirlər Quançjou şəhərində keçirilən B2B görüşlərlə yekunlaşıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər