“20 Sentyabr” əməliyyatı Qarabağ zəfərinin Zirvəsi və yeni geosiyasi reallığın başlanğıcı oldu

Vadif Əfəndi
Siyasi ekspert

2020-ci ildə əldə edilən 44 günlük Qələbə ilə Azərbaycanın Qarabağ üzərində hərbi və siyasi üstünlüyü təmin olunsa da, bölgədəki separatçı rejimin tam zərərsizləşdirilməsi üçün növbəti mərhələ zəruri idi. Bu mərhələ 2023-cü ilin sentyabrında baş verdi və 20 sentyabr ölkə tarixində Qarabağ Zəfərinin pik nöqtəsi kimi yadda qaldı.

Həmin gün Azərbaycanın suverenliyi tam bərpa olundu, separatçı rejim təslim oldu və Qarabağda qanunsuz silahlı birləşmələrin varlığına son qoyuldu. Amma bu yalnız hərbi zəfər deyildi , bu gün Azərbaycanın Cənubi Qafqazda yeni geosiyasi güc mərkəzi olduğunu bütün regiona və beynəlxalq ictimaiyyətə göstərdi.20 sentyabr hadisələri göstərdi ki, Azərbaycan artıq təkcə ərazi bütövlüyünü bərpa etməklə kifayətlənmir , o, bölgədə oyun qaydalarını müəyyən edən ölkəyə çevrilib.Cənubi Qafqazda illərlə davam edən “dondurulmuş münaqişə” status-kvonu Azərbaycan özü dəyişdi. Bu, təkcə hərbi güc nümayişi deyildi, həm də diplomatik çeviklik, beynəlxalq hüquqa əsaslanan haqlı mövqe və regional balansların düzgün oxunmasının nəticəsi idi.Artıq heç bir regional və beynəlxalq aktor Azərbaycanın maraqlarını nəzərə almadan addım ata bilməz. Xəritədə yalnız bir Qarabağ var , o da Azərbaycanın tərkibində bölgədir.

Uzun illər boyunca İran Qarabağ məsələsində ikili mövqe sərgiləmişdi. Rəsmi olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsə də, praktikada Ermənistanla sıx əlaqələr saxlayır, separatçı rejimə dolayı dəstək verirdi.2022 və 2023-cü illərdə Azərbaycan sərhədinə yaxın ərazilərdə keçirdiyi təxribat xarakterli hərbi təlimlərlə İran birbaşa mesajlar verməyə çalışırdı. Amma 20 sentyabr göstərdi ki, Azərbaycan artıq heç bir təzyiqə boyun əymir və öz torpaqlarında yalnız öz qanunlarını tətbiq edir.Bu zəfər İran üçün sarsıdıcı siqnal oldu – nə dini ritorika, nə sərhəd təlimləri, nə də media manipulyasiyaları Azərbaycanın dövlət iradəsini əzə bilmədi. İran susdu və bu susqunluq əslində çox şey deyir.

2020-ci ildən sonra Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları separatçı rejimin varlığını faktiki olaraq qoruyurdu. Hərçənd onların mandatı yalnız humanitar və təhlükəsizlik tədbirləri ilə məhdudlaşmalı idi.2023-cü ilin sentyabrında isə vəziyyət dəyişdi. Azərbaycan qısa müddətli, amma dəqiq planlaşdırılmış antiterror tədbirləri ilə separatçıları tam tərk-silah etdi.Rusiya isə bu proseslərə seyrçi mövqeyində qaldı. Əslində bu, Azərbaycanın gücü qarşısında siyasi rıçaqlarının zəiflədiyinin göstəricisi idi. Artıq Rusiya da anlayır ki, Cənubi Qafqazda real güc balansı dəyişib və Azərbaycanla hesablaşmaq məcburiyyətindədir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər