“Əsrin Müqaviləsi”+ “Əsrin Qələbəsi” = “Dövlət Suverenliyi” məntiqi




.
20 sentyabr- Neftçilərin peşə bayramı, Neftçilər günüdür.
20 sentyabr- Dövlət Suverenliyi günüdür.

Əslində bu iki gün arasında böyük əlaqə vardır:
20 sentyabr- “Əsrin Müqaviləsi”ndən başlanan uğur hekayəsi öz ali məqsədinə çataraq elə 20 sentyabrda ölkənin Suverenliyi bərpa olunur.

-20 sentyabr- “Əsrin Müqaviləsi” 20 sentyabr “ Əsrin qələbəsi” nə çevrilir.
-20 sentyabr- “Neftçilər günü” 20 sentyabr “ Dövlət Suverenliyi” gününə çevrilir.

Azərbaycan neft olkəsidir. Dünyaya nefti Azərbaycan təqdim edib. İstər adi qaydada, istərsə də sənaye üsuli ilə neft hasilatı Azərbaycandan başlayır. Əbəs yerə Azərbaycan “Odlar yurdu” adlanmır ki? Azərbaycanın “Odlar yurdu” adlanması məhz onun tarixi ərazisinin- Kərkükdən Bakıya qədər neft və qazla zəngin olmasıdır (bu sözün Zərdüştlüklə heç bir əlaqəsi yoxdur).

1993- cü ildə dahi lider Heydər Əliyevin hakimiyyətə qayıdışı, ölkədə sabitlik yaratması, atəşkəsə nail olması və ən nəhayən 1994- cü il 20 sentyabrda “Əsrin Müqaviləsi” nin imzalanmasına nail olması ilə Azərbaycanın inkişafının, uğurlarının, təhlükəsizliyinin və gələcək qələbələrinin əsası qoyuldu. Və ən nəhayət ölkə prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev “Əsrin Müqaviləsi”ni “Əsrin qələbəsinə”nə çevirdi.
Neft sənayesi müstəqillik dövründə də Azərbaycan iqtisadiyyatının əsasını təşkil edib və edir. Təbii sərvət olaraq neft Azərbaycan dövlətinə məxsusdur və rifahina xidmət edir.

Demək: “Əsrin Müqaviləsi” + “Əsrin Qələbəsi” = “Dövlət Suverenliyi” bərabərliyi məntiqli və doğrudur.
Bu gün “Dövlət Suverenliyi” gününü qürurla qeyd edirik.
Suverenlik - hüquqdur. Ölkənin daxilində və xaricində, dövlətin konstitusiyası və qanunları, beynəlxalq hüququn prinsiplər və normaları əsasında dövlətin funksiyalarını azad və sərbəst şəkildə həyata keçirmək, habelə xalqın sərbəst və müstəqil şəkildə öz idarəetmə formasını müəyyən etmək hüququdur.
“Əsrin Müqaviləsi”+ “Əsrin Qələbəsi” = “Dövlət Suverenliyi” məntiqi
Dövlət olmadan xalq özünü ifadə edə bilməz. Və dövlət- hər bir xalqın “Ali Kamillik” dərəcəsidir.
Suveren dövlət isə öz dövlətinin daxili və xarici siyasətində tamamilə müstəqil olan, başqa dövlətlərdən asılı olmayan və hansısa bir coğrafi ərazidə suverenliyi olan dövlət hesab olunur.
Bu gün tam əminliklə deyə bilərik ki, Suverenlik günü bayram olaraq müstəqil dövlət kimi bizim bütün dövlət bayramlarımızın möhürüdür.

İltizam Yusifov
Milli Məclisin VI çağırış deputatı

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər