Alimimizin erməni kilsəsi ilə bağlı kitabı nəşr edildi

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun fəxri professoru Zaur Əliyevin Azərbaycan və ingilis dillərində “Dini-etnik ekstremizm ocağı: Erməni kilsəsi və ermənilik” kitabı nəşr edilib.

Kitab “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin “Ermənistan dövlətinin terror siyasəti” adlı layihəsi çərçivəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitunun Elmi Şurasının qərarı ilə çap edilib.

Kitab nadir arxiv sənədləri, əlyazmalar, dünya alimlərinin əsərləri və erməni müəlliflərin etirafları ilə zəngindir. Kitabda istinad edilən mənbələrlə sübut edilir ki, ermənilərin bəşəriyyətə, insanlığa qarşı cinayətlər törətmələrində ən böyük iştirakçılar ermənilərin din xadimləri olmuşlar. Onlar öz məqsədlərini həyata keçirmək üçün insanların “Allah evi” kimi tanıdıqları kilsələrdən, məbədlərdən istifadə etmişlər.

Zəngin mənbələrə istinad olunan kitabda erməni kilsəsinin bir tərəfdən erməniləri dünyaya məzlum görkəmdə tanıtmağa səy göstərdiyi, digər tərəfdən başqa dövlətlərə qarşı ərazi iddialarının irəli sürülməsinin, türk-müsəlman əhalisinə qarşı qanlı terror aktlarının həyata keçirilməsinin təşəbbüskarı kimi çıxış etdiyi qeyd olunub. Erməniçiliyin faşizmi təbliğ edən tezisləri də erməni katolikosları tərəfindən hazırlanır.

Kitabda erməni kilsəsinin Azərbaycana və Türkiyəyə qarşı dini-etnik ekstremizmi təşkil etməsinə, terrorizmə maddi və mənəvi dəstək verməsinə dair saysız-hesabsız faktlar mövcuddur.

Kitabda ilk xristianların ermənilər olmadığı, onların tarixi yalanları, tezisləri və saxta tarixçiləri ciddi mənbələrlə ifşa edilir və sübut edilir ki, ermənilərin dünyaya yaydıqları tarixi məlumatlar uydurma və istinadı olmayan tezislərdir.

Geniş oxucu kütləsi və erməni tarixini araşdıran tədqiqatçılar üçün nəzərdə tutulan kitab dünya kitabxanaları və universitetləri, elm mərkəzləri və siyasi xadimlərinə təqdim ediləcək.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər