Ermənistanın Azərbaycana qarşı ecosid siyasətinin ifşası Avropa mətbuatında

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə «Ekoloq-2010» Ekoloji Maarifləndirmə İctimai Birliyi(EMİB) tərəfindən həyata keçirilən “Ermənistanın Azərbaycana qarşı ecosid siyasətinin ifşası” layihəsinin icrasına start verilib.

EMİB-dən verilən məlumatda bildirilib ki, 4 ay müddətində icra olunan layihənin əsas məqsədi Azərbaycanın transsərhəd çayı olan Oxçuçayın Ermənistan tərəfindən çirkləndiirlməsi, Ermənistanın 30 ilə yaxın bir müddətdə işğal altında saxladığı torpaqlarda həyata keçirdiyi ekoloji terror, Vətən müharibəsinin bitməsindən 5 il keçməsinə baxmayaraq müharibə cinayətlərinin ayrılmaz tərkib hissəsi olan mina terrorunun Ermənistan tərəfindən bu gün davam etdirməsi, bunun nəticəsi olaraq günahsız mülki şəxsklərin öz həyatlarını itirməsi barədə Avropa ictimaiyyətini məlumatlandırmaqdır.

Layihənin icrası məqsədilə erməni icmalarının daha aktiv fəaliyyət göstərdiyi Fransa, Rumıniya, İtaliya, İsveç və Monteneqronun aparıcı KİV-lərində Ermənistanın Azərbaycana qarşı həyata keçirilən ekoloji cinayətlər, o cümlədən Oxçuçayda törədilən ekoloji terror , bunun nəticəsi olaraq ölkəmizin, ümumilikdə götürdükdə isə regionun fauna və florasına dəymiş zərərlər, eləcə də mina terroru barədə məqalələr yerləşdiriləcək.
Məqalələrdə həmçinin qeyd edilir ki, bütün nüfuzlu beynəlxalq təşkilatların səylərinə, çağırışlarına rəğmən rəsmi İrəvanın mina xəritələrini hələ də Bakıya təqdim etməməsi, Vətən müharibəsinin bitməsindən 5 il keçməsinə baxmayaraq Azərbaycanla sülh müqaviləsini imzalamaqdan yayınması Ermənistanın heç də sülhpərvər ölkə olmadığını nümayiş etdirməklə yanaşı, onun bölgədə uzunmüddətlə sülhün bərqərar olunmasında maraqlı olmadığını bir daha təsdiqləyir.
EMİB bu layihəni icra etməklə özünü demokratik dövlət adlandıran Ermənistan hakimiyyətinin iç üzünü bir daha Avropa ictimaiyyətinə göstərməyi qarşısına hədəf qoyub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər