Mərhum generalın əmlakları müsadirə edildi - Siyahı

Mərhum generalın əmlakları müsadirə edildi - SiyahıMüdafiə nazirinin sabiq müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin keçmiş rəisi mərhum general-leytenant Fuad Məmmədov və iki şirkət əməkdaşının cinayət işi üzrə uzun müddətdir davam edən məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində keçirilən bugünkü iclasda hökm oxunub.

Təqsirləndirilən şəxslər ayrı-ayrılıqda vəzifə səlahiyyətlərini aşmaqla xüsusilə külli miqdar təşkil edən 15 milyonluq mənimsəmədə təqsirli biliniblər.

Hökmə əsasən şirkət əməkdaşları - Azər Xəlilov 11 il, Fuad Şeydabəyov 10 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

General-leytenant Fuad Məmmədov vəfat etdiyi üçün ona cəza təyin olunmayıb. Cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.

Mərhum generalın üzərinə həbs qoyulmuş Badamdar qəsəbəsində yerləşən böyük torpaq sahəsi, Mərdəkanda bağ evi, bahalı avtomobilləri və digər külli miqdarda qiymətləndirilən əmlakları dövlət nəfinə müsadirə olunub.

Qeyd edək ki, general Fuad Məmmədov 2018-2020-ci illərdə müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi olub. O, 2020-ci ildə vəfat edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər