Rusiya və Ukraynada oxuyan tələbələrin diplomları tanınmır

Hüquqşünaslıq ixtisası üzrə təşkil edilən peşə imtahanında iştirak edən 334 nəfərdən yalnız 72 nəfəri təqdim olunan 30 sualdan yarısına və ya daha çoxuna cavab verərək TKTA tərəfindən kvalifikasiyalarının tam (akademik və peşə) tanınması üzrə şəhadətnamələrini əldə edib.

Avrasiya.net xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov brifinqdə çıxışında deyib.

O bildirib ki, uğursuz nəticə göstərən kvalifikasiya sahibləri əsasən Rusiya Federasiyası və Ukrayna ali təhsil müəssisələrinin (ATM) payına düşür: “Belə ki, 6 oktyabr 2024-cü il tarixində DİM tərəfindən hüquqşünaslıq ixtisası üzrə təşkil edilən peşə imtahanında Rusiya Federasiyası ATM-lərindən əldə olunan kvalifikasiya sahiblərinin 70 faizi, Ukrayna ATM-lərindən əldə olunan kvalifikasiya sahiblərinin isə 63 faizi, həmçinin 30 yanvar 2025-ci il tarixində təşkil edilən imtahanda Rusiya Federasiyası ATM-lərindən əldə olunan kvalifikasiya sahiblərinin 84 faizi, Ukrayna ATM-lərindən əldə olunan kvalifikasiya sahiblərinin isə 94 faizi uğursuz nəticə əldə edib”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər