Məhərrəm Əliyevin qohumu yenidən həbs edildi

Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin sabiq rəhbəri, səfir Məhərrəm Əliyev və Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin adı qalmaqallarla hallanan yaxın qohumu İsa Əzizov növbəti dəfə həbs edilib.

Axar.az Gününsəsi.info-ya istinadla xəbər verir ki, İsa Əzizov bu dəfə “See Breeze” İstirahət Mərkəzində dava-dalaş salıb. Bu davadan sonra polis tərəfindən saxlanılan İsa Əzizov cinayət məsuliyyətinə cəlb olunub.

Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan seçilib.

O, hazırda Bakıdakı 1 Saylı İstintaq Təcridxanasında saxlanılır. İsa Əzizov bu dəfə Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə təqsirli bilinir.

Xatırladaq ki, İsa Əzizov bir neçə il əvvəl Bakıda yanacaqdoldurma məntəqəsinin mühafizəçisini döydüyünə görə də həbs həyatı yaşamışdı.

Azadlığa çıxdıqdan sonra İsa Əzizov 2019-cu ildə yenidən həbsdə düşdü. Bu dəfə o, Bakının mərkəzindəki silahlı atışmada iştirak edib. Hadisə zamanı onları polisə tabe olmağa çağıran əməliyyatçılara bıçaqla hədə-qorxu gəlmişdi.

Qeyd edək ki, əvvəllər İsa Əzizovun Əliyevlərin bacısı oğlu olduğu barədə məlumatlar yayılsa da sonradan Adil Əliyev bunu təkzib edərək bildirib ki, İsa onların uzaq qohumudur.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər