Müharibə Veteranları Xəstəxanasının kolektivi şəhid ailələrinə və veteranlara xidmət göstərməkdən qürur duyur
13 sentyabr tarixində, Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyuşçülər” Fondunun prezidenti Sərraf Orucov və Müharibə, Əmək və Silahlı Qüvvələri Veteranları Təşkilatının Zəngilan rayon şöbəsinin sədri Ənvər Qarayev Mərdəkan qəsəbəsində yerləşən, Bakı Baş Səhiyyə Mərkəzi Publik Huquqi Şəxs Respublika Müharibə Veteranları Xəstəxanasını ziyarət edərək xəstəxananın tibbi heyəti və veteranlarla görüşərək Tibb müəssisəsinin korpus və şöbələrini gəzərək buradakı tibbi avadanlıqlar, müalicə otaqları, tibbi personalla və xəstəxanada müalicə alan veteranlarla söhbət edib, onların müalicələrinin təşkili ilə və palatalarda veteranlara yaradılan şəraitlə tanış oldular.
Qonaqlar həmçinin xəstəxana rəhbərliyinin və veteranların arzu və təklifləri ilə də maraqlanaraq səhiyyə müəssisəsinin daha səmərəli fəaliyyəti, veteranların müalicə və istirahət şəraitinin yaxşılaşdırılması üçün öz tövsiyyələrini bildirdilər.
Respublika Müharibə Veteranları Xəstəxanasının baş həkimi Nicat Cəlilov xəstəxananın tarixi və xəstəxanada müalicə alan vetranların müalicələrinin təşkili haqqında məlumat verərək bildirdi ki, tibb müəssisəsi 1972-ci ildən etibarən fəaliyyət göstərir.
Tibb müəssisəsi veteranlara yüksək standartda tibbi xidmət və qayğı göstərən aparıcı səhiyyə müəssisəsidir və Xəstəxanasında ölkə üzrə bütün əmək və müharibə veteranlarına, şəhid ailələrinə, Çernobıl əlillərinə, Əfqanıstan müharibəsi veteranlarına xidmət göstərilir. Hər il ərzində 2500 nəfərdən artığ şəxsə stasionar xidmət göstərir.
Tibb müəssisəsində veteranlara laborator, funksional diaqnostika, elektrokardioqramma, ultrasəs müayinəsi, fizioterapevtik xidmətlər göstərilir.
Müəssisədə poliklinika, kardiologiya, nevrologiya, terapiya, qastroenterologiya, herontologiya, fizioterapiya kabinetləri mövcuddur.
Xəstəxanamız, veteranların və onların ailələrinin unikal ehtiyaclarına uyğun hərtərəfli səhiyyə xidmətləri göstərməyə ixtisaslaşıb. Təcrübəli tibb mütəxəssislərindən ibarət mehriban və qağıkeş komandamız, müasir avadanlıqlar və fərdi müalicə planları vasitəsilə xəstələrimizin sağlamlığını və bərpasını təmin etməyə sadiqdir.
Umummıli lider Heydər Əliyev demişdir ki, “Müharibə veteranları millətin qızıl fondudur”. Umummıli lideri şuarı altında Müharibə Veteranlarının Respublika Xəstəxanasında kolektivimiz, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşərək şəhid olanların ailələrinə, sağlamlığlarını itirmiş müharibə əlillərinə və veteranlarına xidmət göstərməkdən qürur duyur.
Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyuşçülər” Fondunun prezidenti Sərraf Orucov qeyd edərək xəstəxananın tibb işçilərinə bildirdi ki, Azərbaycan Silahlı Qüvvələrinin Müzzəfər Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyətli və dönməz siyasəti, Azərbaycanın Müzəffər Ordusunun qüdrəti, Şəhidlərimizin, yaralı hərbi quluqşularımızın qanları bahasına əldə etdiyimiz tarixi qələbə, böyük zəfər bizə mənliyimizi, kimliyimizi qaytarmaqla yanaşı, Azərbaycan dövlətinin və xalqının nəyə qadir olduğunu bütün dünyaya tanıdaraq nümayiş etdi. 30 ilin həsrətini 44 günlük Vətən müharibəsində əskərlərimizin gücüylə qalib gələrək son qoyuldu.
Bu gün şəhid ailələri, müharibə əlilləri və veteranlarının cəmiyyətin mənəvi-psixoloji-sosial dəstəyinə ehtiyacı var. Bu kateqoriyadan olan insanların problemləri yalnız onların qayğısı deyil, hökumətlə bərabər bütün cəmiyyətin problemi sayılmalıdır.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşərək şəhid olanların ailələrinə, müharibə əlilləri və veteranlarına diqqət və qayğı göstərmək həm dövlətin, həm də cəmiyyətin başlıca vəzifələrindən biridir.
Bizdə vətəndaş olaraq hər birimiz, şəhidlərə, qazilərimizə olan borcumuzu vicdanla yerinə yetirərək Vətən müharibəsində şəhid olanların ailələrinə və eyni zamanda sağlamlıqlarını itirmiş müharibə əlillərinin, veteranlarının yaranmış tibbi-sosial və digər sahədə olan problemlərinin həllinə biganə qalmamalıyıq.
Buna görədə biz müharibə veteranları təşkilatının nümayəndələri kimi, bizə doğma sayılan Respublika Müharibə Veteranları Xəstəxanasında dəyərli müharibə veteranlarımızla görüşə gələrək veteran qardaşlarımızın müalicələri ilə maraqlanırıq.
Xəstəxanada müalicə alan müharibə veteranlarından Əlizadə Niftullayev, Yusifəli Orucov, Hüseyin Quliyev və başqa veteranlar çıxış edərək, hər zaman veteranlara qayğıkeş münasibəti ilə diqqət çəkib, onların müalicəsi, arzu və təkliflərinə xüsusi həssaslıqla yanaşan xəstəxanın baş həkimi Nicat Cəlilov öz tutduğu vəzifədə peşəkar idarəçiliyi ilə xidmət edərək Vətəninə sonsuz məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, hər kəsin problemini özünün şəxsi problemi hesab edən nüminəvi dövlət qulluqçusudur.
Müharibə veteranları xəstələrə xidmət edən qayğıkeş həkimləri, müalicə şöbəsinin müdiri həkimi Gülnarə Mahmudova, Saleh həkim və digər tibb bacıları haqqında xöş sözlər danışaraq tibb işçilərinin öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirdiylərini bildirdilər.
Görüşdə qonaqlar və müharibə veteranları Respublika Müharibə Veteranları Xəstəxanasının baş həkimi Nicat Cəlilov və başqa tib işçilərinə, şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara göstərdikləri yüksək tibbi xidmətə görə öz təşəkkürlərini bildiriblər və Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyuşçülər” Fondunun “FƏXRİ FƏRMAN”- nı təqdim etdilər.![]()
![]()
![]()
Son xəbərlər
