Elçin Mirzəbəyli növbəti vətəndaş qəbulunu keçirib

Öncədən müəyyən edilmiş qrafikə uyğun olaraq, millət vəkili Elçin Mirzəbəyli növbəti vətəndaş qəbulunu Ağsu rayonun Ləngəbiz kənd məktəbinin binasında gerçəkləşdirib.

Vətəndaş qəbuluna Ləngəbiz və Qəşəd kəndlərinin sakinləri qatılıblar. Öncə hər iki kəndin sakinlərini narahat edən məsələlər İcra Hakimiyyətinin və İH nümayəndəlikləri təmsilçilərinin iştirakı ilə birlikdə müzakirə edilib.

Daha sonra millət vəkili fərdi qaydada görüş üçün müraciət edən vətəndaşlarla bir araya gəlib.

Millət vəkili qeyd edib ki, müraciətlərdə yer alan problemlərin araşdırılması və həlli üçün ən qısa zamanda müvafiq hökumət qurumları qarşısında məsələ qaldırılacaq.

Millət vəkili vətəndaş qəbuluna verdikləri təşkilati dəstəyə görə Ağsu rayon İcra Hakimiyyətinə, Ləngəbiz kəndi məktəbinə və təbii ki, fərdi problemlərdən daha çox hər kəsi narahat edən məsələlərə toxunduqarına görə Ləngəbiz və Qəşəd kəndlərinin sakinlərinə minnətdarlığını bildirib.






Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər