Şirkət rəhbəri axtarışa verildi

Külli miqdarda dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib.

Avrasiya.net Report-a istinadla xəbər verir ki, "VİKTORİYA-313" tikinti şirkətinin rəhbəri Arzuman İsa oğlu Əliyev barəsində dələduzluq maddəsi ilə qiyabi həbs qətimkan tədbiri seçilib və tutularaq saxlanılması ilə bağlı axtarış elan edilib.

Qeyd edək ki, A.Əliyev bir neçə il qabaq dələduzluq ittihamı ilə həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Lakin Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə onun cəzası şərti hesab edilərək sınaq müddəti seçilib.

Bir müddət sonra A.Əliyev Azərbaycanı tərk edib. Onun barəsində yeni hallarla bağlı cinayət işi başlanılıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər