Şadlıq saraylarında yoxlama aparılacaq - XƏBƏRDARLIQ

Şadlıq saraylarında yoxlama aparılacaq - XƏBƏRDARLIQBakı, Sumqayıt və ölkənin digər bölgələrində fəaliyyət göstərən şadlıq saraylarından havaya buraxılan tüstü əhali arasında narazılığa səbəb olub.

Şikayətlərdə bildirilir ki, bu obyektlərdə filtr və təmizləyici qurğular ya işləmədiyindən, ya da vaxtında yenilənmədiyindən ətraf mühit ciddi şəkildə çirklənir.

Yaxın günlərdə ölkə ərazisində fəaliyyət göstərən şadlıq saraylarında və ictimai iaşə obyektlərindən havaya atılan tullantıların ekoloji normativlərə uyğunluğunu yoxlamaq üçün monitorinqlərə başlanılacaq.

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən sentyabrın 13-dən etibarən iaşə obyektlərində və şadlıq saraylarının ətrafında ölçmə işləri aparılacaq.

Monitorinqlər zamanı havaya normadan artıq tullantı atan obyektlər müəyyən edilərək onlar barəsində qanunamüvafiq tədbirlər görüləcək.

"Obyekt sahiblərinə əvvəlcədən xəbərdarlıq olunur ki, təmizləyici qurğularındakı texniki çatışmazlıqları aradan qaldırsınlar və filtrləri vaxtında yeniləsinlər", - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova İTV-yə bildirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər