"Mövcud vəziyyət narahatedicidir"
Əlbəttə ki, bu mövzu ilə bağlı mövcud vəziyyət narahatedicidir. Bu cəhətdən Ədliyyə Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin
bəzi qeyri-hökumət təşkilatlarının qanunsuz şəkildə saxta orden və medallar təsis etməsi və təqdim etməsi ilə bağlı yaydığı birgə bəyanat tamamilə başadüşüləndir və onlar bu mövqedən haqlı olaraq çıxış ediblər.
Bunu Avrasiya.net-ə “Demokratik Azərbaycan Naminə” İctimai Birliyin (DANİB) sədri Elməddin Behbud deyib.
"Ona görə də biz DANİB olaraq hər iki dövlət qurumunun QHT-lərin medal və ordenlə təltifetmə işinin birdəfəlik dayandırılması ilə bağlı mövqeyini dəstəkləyirik və qanunun aliliyinin təmin olunmasını vacib hesab edirik" - QHT sədri deyib.
Onun sözlərinə görə, QHT-lərin üzərinə maarifləndirmə, ictimai nəzarət, ictimai problemlərin həlli ilə bağlı təşəbbüskarlıq kimi mühüm missiya düşür. Bundan kənar məsələlərlə məşğul olmağa çalışmaq doğru deyil: "İnanıram ki, dövlət qurumlarının müvafiq çağırışı bu sahədəki bütün uyğunsuzluğun aradan qalxması ilə nəticələnəcək".
Son xəbərlər
