Tualet tikən usta faciəvi şəkildə öldü
Dərc olunub:
11-09-2025, 11:33
Qusarda kişini elektrik cərəyanı vurub.
Avrasiya.net lent.az-a istinadən xəbər verir ki, hadisə Aşağı Ləyər kəndində baş verib.
Usta kimi fəaliyyət göstərən Hacıverdi Akif oğlu Səfərov fərdi yaşayış evinin həyətyanı sahəsində tualetin divarını hörərkən onu elektrik cərəyanı vurub.
Nəticədə usta hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
