"Biz əminik ki, Prezidentimiz xalqla dövlət arasında körpünü daha da gücləndirəcək"

"Biz əminik ki, Prezidentimiz xalqla dövlət arasında körpünü daha da gücləndirəcək"Prezident İlham Əliyevin apardığı xarici siyasət bu gün Azərbaycanın dünyadakı mövqeyini gücləndirib, dövlətimizin nüfuzunu artırıb. Güclü liderlik, milli maraqlara əsaslanan mövqe və prinsipial diplomatiya sayəsində ölkəmiz bölgədə və dünyada söz sahibi olan dövlətə çevrilib. Bu, hər bir azərbaycanlının qürur duyduğu reallıqdır.

Lakin eyni zamanda ölkə daxilində bir sıra ciddi islahatlara ehtiyac olduğu danılmazdır. Xalqın inam və etimadını qazanan dövlət başçısının etimadından sui-istifadə edənlər var. Onların fəaliyyəti bəzən xalqın rifahına deyil, yalnız şəxsi maraqlarına xidmət edir. Ən acınacaqlısı isə budur: xalqı soğan kimi soyaraq süni problemlər yaradan, vətəndaşı narazı salan məmurlar dövlətin siyasətinə kölgə salırlar.

Bəzi hallarda isə bu narazılıq təsadüfi yox, məqsədyönlü şəkildə yaradılır. Xalqla dövlət arasında uçurum yaratmaq istəyən qüvvələr sanki məmur maskası altında xalqın inamını sarsıtmağa çalışır. Bu isə birbaşa dövlətçilik prinsipinə ziddir və qarşısı qətiyyətlə alınmalıdır.

Biz əminik ki, Prezident İlham Əliyev xalqla dövlət arasında olan etimad körpüsünü daha da möhkəmləndirəcək. Daxildə şəffaflıq, ədalət və məsuliyyət prinsipləri gücləndikcə Azərbaycan daha da güclü olacaq!

Biz, islahatları dəstəkləyir, hər bir ədalətsizliyə qarşı Prezidentimizin yanında olduğumuzu bəyan edirik!

Yaşasın Azərbaycan!
Biz birlikdə güclüyük!
Xalq-Prezident birliyi daim qalib olacaq!

Mahirə Əmirhüseynova
XXI Əsrin Qadınlar İctimai Birliyin sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər