14 yaşlı qız nişanlandı - Atası ilə bəy həbs edildi

14 yaşlı qız nişanlandı - Atası ilə bəy həbs edildiSabirabad rayonunda 14 yaşlı qızla 20 yaşlı oğlan nişanlanıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə rayonun Əsədli kəndində qeydə alınıb.

Bu barədə polisə məlumat daxil olduqdan sonra nişanlanan yeniyetmə ilə gəncin atası Sabirabad Rayon Polis Şöbəsinə dəvət edilib. Burada məlumatlar dəqiqləşdirilərkən 14 yaşlı qızın 1987-ci il təvəllüdlü atası H.Fərzəliyev qışqıraraq söyüş söyməyə, qızı ilə nişanlanan oğlanın atasını təhqir etməyə başlayıb.

O, qızını nişanlamaq fikrinin olmadığını, qarşı tərəfin təkidi ilə “Həri” məclisinin olduğunu deyib.

İctimai asayişi pozan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib. Sabirabad Rayon Məhkəməsinin qərarı ilə S.Fərzəliyev 8 sutkalıq həbs edilib.

***

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şirvan regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, daxil olmuş məlumatla əlaqədar şöbə əməkdaşları tərəfindən dərhal qanunvericiliyə uyğun olaraq tədbirlər həyata keçirilib: “Hər iki tərəf polis şöbəsinə dəvət olunub. Araşdırmalarla bəyin 20, qızın isə 14 yaşı olması müəyyən edilib. Ailələrlə izahedici söhbətlər aparılıb və qeyd edilən halın qanunla qadağan olunduğu izah edilib.

Lakin həmin vaxt yeniyetmə qızın valideyni H.Fərzəliyev, eləcə də bəy E.Məmmədli səs-küy salaraq, polisin xidməti fəaliyyətinə mane olublar. Onları nizam-intizama dəvət etsələr də, həmin şəxslər hərəkətlərini davam etdirərək, ictimai qaydanı pozublar. H.Fərzəliyev və E.Məmmədli barədə İXM-nin müvafiq maddəsi ilə protokol tərtib olunub və məhkəməyə göndərilib.

Onlar məhkəmənin qərarı ilə inzibati qaydada 8 sutka həbs olunublar”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər