Qonşular arasında dava: əlil qadın vəhşicəsinə döyüldü - Foto

Lənkəranın Türkəkəran kəndində qonşular arasında yaranan mübahisə davaya çevrilib.

Avrasiya.net Teleqraf-a istinadən xəbər verir ki, hadisə zamanı kənd sakini, 1974-cü il təvəllüdlü Mələk Nəsirova qonşusu Nərminə Əliyeva tərəfindən yaralanıb.

Baş və üz nahiyəsindən xəsarət alan Mələk Nəsirova xəstəxanaya yerləşdirilib. Nərminə Əliyeva isə iddia edib ki, ilk Mələk Nəsirova ona hücum edib.

Qeyd edək ki, M.Nəsirova birinci qrup əlildir, fiziki qüsurludur və anadangəlmə lal-kardır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, tərəflərin qarşılıqlı müraciəti əsasında hazırda Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat aparılır.

Araşdırma çərçivəsində təyin olunmuş müvafiq ekspertizanın nəticələrinə əsasən məsələyə hüquqi qiymət veriləcək.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər