“Zaman itirmədən böyük islahatlara başlamağı təklif edirəm”

“Azərbaycan Respublikası Prezidentinin 8 avqust 2025-ci il tarixində ABŞ-yə səfəri və Vaşinqtonda imzalanan üçtərəfli Bəyannamə xalqımız və dövlətimiz üçün böyük tarixi əhəmiyyətə malik siyasi hadisədir”.

Avrasiya.net xəbər verir ki, bu fikirləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusuna həsr edilən növbədənkənar sessiyasına çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, bu Bəyannamə ilə Ermənistanın Naxçıvana maneəsiz gediş-gəlişi təmin edəcək yolun çəkilməsi ilə razılaşaraq, növbəti dəfə öz üzərinə beynəlxalq öhdəlik götürməsi, ABŞ-nin yolun çəkilməsinə və təhlükəsizliyinə təminat verməsi ölkəmizin ciddi diplomatik uğurudur: “Vaşinqton Bəyannaməsi mahiyyət etibarı ilə ABŞ-nin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında imzalanmış ilkin sülh sazişidir. Azərbaycan Respublikası Konstitusiyasına görə bütün dövlətlərarası müqavilələr Milli Məclisdə ratifikasiya olunmalıdır. Konstitusiyaya görə Milli Məclis həm də sülh sazişinin imzalanmasına öz razılığını verməlidir.

Ona görə təklif edirəm ki, hər iki məsələyə baxılması parlamentin payız sesiyasının iş planına daxil edilsin. ABŞ-nin öz beynəlxalq öhdəliklərini yerinə yetirməməsinə dair yaxın tarixdə çoxsaylı nümunələrin olmasına, Əfqanıstanda və Ukraynada baş verənlərdən sonra onun etibarsız tərəfdaş imicinin güclənməsinə baxmayaraq, ümid edirəm ki, Tramp yolu adlandırılacaq Zəngəzur dəhlizinin açılmasında ABŞ prinsipial və qətiyyətli mövqe ortaya qoyacaq. Tramp yolunun açılması Azərbaycanın inkişafına, beynəlxalq yük daşımalarında xərclərinin azalmasına, insanlarımızın rifahının yaxşılaşmasına öz töhfəsini verəcək. Azərbaycanın inkişafını, güclənməsini istəməyən bəzi türk düşmənlərinin qəzəb və təxribatlarına baxmayaraq, Tramp yolu istisnasız olaraq bütün region ölkələrinin iqtisadiyyatının inkişafına kömək edəcək. Region dövlətlərinin dəhlizlərlə, müxtəlif nəqliyyat və energetika xətləri, neft və qaz kəmərləri, iqtisadi və humanitar əməkdaşlıgın genişləndirilməsi ilə bir-birinə bağlanması bölgəmizdə təhlükəsizliyə, inkişafa və sülhə xidmət edəcək. Vaşinqton Bəyannaməsinin qəbulu Xankəndi üzərində dövlət suverenliyinin bərpa olunmasından sonra sülhə və inkişafa xidmət edəcək ən böyük tarixi nailiyyətimizdir. Bu uğurların əldə olunmasında Prezident İlham Əliyevin müstəsna xidmətlərini xüsusi qeyd etmək istəyirəm. Bölgəyə sülhü erməni işğalçılarını ölkəmizdən qovmaqla o gətirib. Erməni xalqını da başqalarının əlində alət olmaq əzabından da o qurtarır”.

Qüdrət Həsənquliyev diqqətə çatdırıb ki, ABŞ-nin vasitəçiliyi ilə Ermənistanla əldə olunmuş razılaşmanın başqa ölkələrə qarşı olmadığı hər kəsə gün kimi aydındır: “Bəyanatın yaxın qonşularımız Rusiya və İrandakı mütərəqqi qüvvələri də qane etdiyini düşünürəm. Hesab edirəm yekun sülh sazişinin 44 günlük savaşdan sonra sülhməramlı olaraq sülh prosesində aktiv iştirak etmiş Türkiyə və Rusiyanın iştirakı ilə imzalanması məsələsinə də baxa bilərik. Bu həm ədalətli olar, həm də qonşularla əlaqələrimizin güclənməsinə xidmət edər, sülhü daha davamlı və etibarlı edərdi”.

Millət vəkili həmçinin əlavə edib: “Əldə edilmiş uğurları qoruyub saxlamaq, iqtisadiyyata xarici investisiyaları cəlb etmək, ölkəmizə xarici təsirləri azaltmaq məqsədilə Ermənistanla yekun sülh sazişinin imzalanmasını sürətləndirməliyik. Ermənistan imzalanacaq yekun sülh sazişində gələcəkdə konstitusiyasına dəyişiklik edəcəyi öhdəliyini götürərsə, çevik olub ən azı daha iki il gözləmədən sülh sazişini imzalamalı, qardaş Türkiyə ilə birlikdə Ermənistanla kommunikasiya xətlərinin açılması istiqamətində işləri sürətləndirməliyik. Ölkəmizin təhlükəsizliyi güclü müttəfiqlərimizlə yanaşı yüksək döyüş qabiliyyətli Silahlı Qüvvələrimizə bağlıdır. Bunun üçün güclü iqtisadiyyata sahib olmalıyıq. ABŞ və Çinlə isti münasibətlərdən istifadə edib ölkəyə investisiya cəlb etməli, Rusiya və Avropa İttifaqı ilə aramızda yaşanan gərginliyin aradan qaldırılması üçün daha çox çalışmalı, ölkəmizə BRİCS və ŞƏT-dən daha çox faydalı olacaq Ümumdünya Ticarət Təşkilatına üzv olmalıyıq.
Rusiyada daha çox köməksiz və çarəsiz qalmaları səbəbindən Ukrayna ilə müharibəyə cəlb edilən soydaşlarımızın ölkəyə dönüşünü asanlaşdırıb, onların həyatlarını xilas etmələri üçün Rusiya ilə quru sərhəddən vətəndaşlarımızın heç olmasa ölkəyə girişinə icazə verməli, bunun yarada biləcəyi hansısa təhlükələrdən qorxmamalıyıq. Təhlükələri önləmək gücündə olan dövlət orqanlarımız var.

Düşünürəm, Allahın hər zaman kömək olduğu Prezident İlham Əliyevin şansı var ki, tariximizdə yalnız torpaqlarımızı işğaldan azad edən bir lider kimi qalmasın, həm də xalqımızın qarşısında dayanan daha çətin bir vəzifəni yerinə yetirsin. 3-cü dünya ölkəsi sayılan Sinqapurada iqtisadi möcüzə yaratmış, buna görə beynəlxalq birliyin rəğbətini qazanmış baş nazir Li Kuan kimi, o da Azərbaycanın tam olaraq azad bazar iqtisadiyyatına keçidini təmin etməklə iqtisadiyyatda Azərbaycan möcüzəsini yaratsın.

Bunun üçün böyük potensial, əlverişli şərtlər mövcuddur. Zaman itirmədən böyük islahatlara başlamağı, amnistiya aktı qəbul etməyi, 2026-cı ili ölkəmizdə barış, sülh və islahatlar ili adlandırmağı təklif edirəm”.


Torri
Torri от 10 sentyabr 2025 08:39
Hello

I wanted to reach out and let you know about our new dog harness. It's really easy to put on and take off - in just 2 seconds - and it's personalized for each dog.
Plus, we offer a lifetime warranty so you can be sure your pet is always safe and stylish.

We've had a lot of success with it so far and I think your dog would love it.

Get yours today with 50% OFF: https://caredogbest.com

FREE Shipping - TODAY ONLY!

Thanks and Best Regards,

Torri
Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər