Azərbaycanda ət niyə bahalaşır? - Mühüm səbəblər

İqtisadiyyatın qızıl qanunlarından biri odur ki, təklif azalanda, tələb isə yerində qalsa və ya artsa, mütləq qiymətlər yüksəlir. Bunu nəzərə alaraq statistikaya baxaq: son 5 ildə Azərbaycanda iribuynuzlu mal-qaranın və keçi-qoyunun sayı hər il azalaraq ən aşağı həddə düşüb.

Avrasiya.net xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli qeyd edib.

O bildirib ki, rəsmi məlumata görə, 2025-ci ilin yanvarın 1-nə ölkədə olan iribuynuzlu mal-qaranın sayı 2 milyon 465,6 min baş təşkil edib:

“2020-ci il yanvarın 1-nə isə ölkədə mal-qara sayı 2 milyon 646,6 min baş olub. Yəni son 5 ildə iribuynuzlu mal-qara sayı 181 min baş azalıb.

2025-ci il yanvarın 1-nə ölkədə olan qoyun-keçilərin sayı 6 milyon 896,5 min baş təşkil edib, 2020-ci il yanvarın 1-nə isə onların sayı 8 milyon 189,2 min baş olub. Yəni son 5 ildə qoyun-keçi sayı 1 mln. 297 min 700 baş azalıb.

Ölkədə iribuynuzlu mal-qara, qoyun-keçi sayı sürətlə azalır və təbii ki, qiymətlər də eyni sürətlə artır”.

İqtisadçının fikrincə, mal-qara, qoyun-keçi sayının ölkəmizdə azalmasının səbəbləri bunlardır:

1. Ölkədə yem bazası daralıb. 2015-ci ilə qədər ölkədə iribuynuzlu və xırdabuynuzlu mal-qara sayı hər il cüzi də olsa artırdı, 2015-ci ildə ölkədə 2 milyon 713 minə yaxın iribuynuzlu, 8 milyon 661 minə yaxın isə xırdabuynuzlu heyvan var idi. Yəni son 10 ili götürsək, iribuynuzluların sayı 250 minə yaxın, xirdabuynuzluların sayı isə 1 mln. 770 minə yaxın azalıb. Niyə 2015-ci ilə fikir verdim? Neftin qiyməti dünya bazarında kəskin enəndə “qara qızıl” yerinə “ağ qızıl”, yəni, pambıq sevdası başladı. Örüş yerləri, yem bazasını təşkil edən torpaqlar pambıq əkininə ayrıldı. Nəticədə yem bahalaşdı, örüş yerləri azaldı, bu da mal-qara, qoyun-keçi sayına kəskin təsir etdi. Amma “ağ qızıl” sevdası bizi “ağ günə” çıxartmadı – yəni, qazancı cüzi oldu.

2. Fermerlərə, mal-qara saxlayan insanlara doğru-düzgün yardımlar edilmir, camaata guya inək paylayırdılar, həmin mal-qara rəsmi TV kamerası çəkən yerdə yıxılırdı.

3. Bəzi oliqarxlar regionlarda əraziləri zəbt edir, fermerlərə, kəndlilərə normal işləmək üçün şərait yaratmırlar.

4. “Qlobalist elita” dünyada uzun illərdir ki, mal-qara, qoyun-keçi düşmənçiliyi edir, guya, onlarin iqlim dəyişikliklərində ciddi “payı” var, Avstraliya və Yeni Zelandiyada, Şimali Avropa ölkələrində “anti mal-qara” kampaniyası 10-15 ildir gedirdi, indi bir az səngiyib, amma ciddi problem idi.

Biz dövlət və xalq olaraq möhtəşəm iş gördük – həm də maldarlıq üçün çox uyğun, cəlbedici olan torpaqlarımızı düşməndən azad etdik. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları maldarlığın inkişafı üçün yeni motor olmalıdır – amma olmur. Hökumət çalışır ki, 35 ildir Sumqayıtda yaşayan qubadlılı qardaş-bacımızı öz rayonlarına köçürsün, onlar da orda inək-camış saxlasınlar. Olmur belə, bu gün 40 yaşlı (hələ cavanları demirəm) qubadlılı qardaşım ömrünün 35 ilini asfaltda böyüyüb, camış-zad görməyib, indi o, bu yaşdan sonra necə maldarlıqla məşğul olsun? Amma, məsələn, Aran Qarabağda onillərlə, bəlkə də yüzillərlə bu işlə məşğul olan ailələr var, onlardan hansı arzu etsə, dərhal öz fermaları ilə birgə Qarabağa, Şərqi Zəngəzura köçmələrinə şərait yaradılmalıdır”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər