Amerika kəpənəyi ilə bağlı monitorinq və tədqiqat işləri aparılıb

İbrahim Cəfərov
Bitki mühafizə və Texniki bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru, professor

Son zamanlar karantin əhəmiyyətli zərərverici hesab olunan Amerika ağ kəpənəyinin (Hyphantria cunea Drury) Azərbaycanın müxtəlif bölgələrində yayılması müşahidə olunmaqdadır. Zərərverici artıq Abşeron yarımadası, Lənkəran, Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarında qeydə alınmışdır. Son bir ay ərzində isə Balakən və Zaqatala rayonlarında da bu zərərvericinin yayılması ilə bağlı rəsmi məlumatlar daxil olmuşdur.

Yaranmış vəziyyət nəzərə alınaraq, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri adıçəkilən bölgələrə ezam olunmuşdur. Ezamiyyə çərçivəsində institut əməkdaşları Balakən rayonunun Katex, Hənifə və Əyri tola kəndlərində, həmçinin Zaqatala rayonunun Moqab kəndində yerləşən meşə massivlərində, fındıq bağlarında və digər təyinatlı əkin sahələrində monitorinq və qiymətləndirmə işləri aparmışlar.

Tədqiqat zamanı institutun əməkdaşları Aqrar Xidmətlər Agentliyinin (AXA) yerli mütəxəssisləri ilə birgə sahələrdə dərmanlama tədbirlərində iştirak etmiş, zərərverici ilə bağlı elmi-tədqiqat baxımından əhəmiyyətli nümunələr və ilkin materiallar toplamışlar. Toplanmış materiallar Amerika ağ kəpənəyinin ölkəmizdəki iqlim şəraitində bioloji inkişaf xüsusiyyətlərinin, adaptasiya potensialının və optimal mübarizə üsullarının öyrənilməsi məqsədilə təhlil ediləcəkdir.

Qeyd edilməlidir ki, Amerika ağ kəpənəyi polifaq zərərverici olmaqla 250-dən artıq bitki növünün yarpaqları ilə qidalanır. Azərbaycanın iqlim şəraitində bu növ ildə iki nəsil verir. Xüsusilə ikinci nəslin tırtılları daha aqressiv olur və bir dişi fərd 2500-ə qədər yumurta qoymaq qabiliyyətinə malikdir. Bu xüsusiyyətlər zərərvericinin qısa müddət ərzində kütləvi artımına və geniş areala yayılmasına səbəb olur.

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu bu zərərverici ilə mübarizə sahəsində kompleks yanaşmaya əsaslanan elmi və praktiki tədbirlərin həyata keçirilməsini, yayılma arealının məhdudlaşdırılmasını və ekosistemə potensial təsirin minimuma endirilməsini qarşıya məqsəd qoyaraq fəaliyyətini davam etdirir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər