Deputat seçiciyə uduzdu

Milli Cəbhə Partiyası (MCP) İmişli rayon sakini Nadir Şirinovu xüsusi ittiham qaydasında məhkəməyə verib.

Partiyanın nümayəndəsi əvvəlcə İmişli Rayon Məhkəməsinə müraciət edib.

Şikayətdə bildirilib ki, tikintidə usta işləyən İmişli rayon sakini Nadir Şirinov internet kanallarından birində partiyanın sədri, eyni zamanda rayonun deputatı Razi Nurullayev və ailə üzvləri barədə təhqir, böhtan xarakterli fikirlər səsləndirib.

Şikayət ərizəsində qeyd olunub ki, Nadir Şirinov Razi Nurullayevi biznesə himayədarlıq kimi ağır cinayətdə ittiham etməklə yanaşı, həyat yoldaşını da təhqir edib.

Məlumat üçün deyək ki, Nadir Şirinov deputat Razi Nurullayevi “Astroy” tikinti şirkətinin qeyri-rəsmi sahibi kimi təqdim edib. O bildirib ki, özü ilə birlikdə 8 nəfər usta Laçın şəhərində evlərin tikintisində çalışıb. Həmin vaxt R.Nurullayev, onun qardaşları və həyat yoldaşı ilə də danışıqları olub. Tikinti başa çatdıqdan sonra usta briqadası haqqını ala bilmədiyini deyib. Şirinovun sözlərinə görə, tikinti işlərinə görə üstəlik onun adına vergi borcu da yaranıb.

Partiya isə səslənən iddiaları cəfəngiyyat hesab edir. MCP iddia edir ki, yayılan məlumatların məqsədi deputatın şərəf və ləyaqətini alçaltmaq, nüfuzuna xələl gətirmək və şantaj yolu ilə maddi mənfəət əldə etmək olub. Həmçinin deyilənlər sifarişli xarakter daşıya və deputatın İmişli rayonundakı fəaliyyətinə kölgə sala bilər. Qeyd olunan səbəblərdən partiya N.Şirinovun cinayət məsuliyyətinə cəlb edilərək qanunauyğun cəzalandırılmasını tələb edib.

Xüsusi ittihamçı kimi çıxış edən partiyanın nümayəndəsi prosesdə iştirak etməyib. MCP yalnız internet üzərindən yayımlanan sözügedən verilişin videoyazısını sübut kimi təqdim etməklə kifayətlənib.

Nadir Şirinov isə məhkəmədə Razi Nurullayevi təhqir etmədiyini, sadəcə partiya üzvü kimi ona müraciət edərək öz haqqını tələb etdiyini deyib.

Hakim video ilə tanış olduqdan sonra hər hansı təhqir və ya böhtan əlaməti aşkar etməyib. Yetərli sübutlar olmadığından şikayətin araşdırılmasından imtina edilib.

MCP daha sonra bu qərardan Şirvan Apellyasiya Məhkəməsinə müraciət edib. Lakin bu dəfə də partiya nümayəndəsi prosesə qatılmayıb, “yolun uzaq olması” barədə ərizə göndərərək şikayətlərinə onların iştirakı olmadan baxılmasını xahiş edib.

Yuxarı instansiya da baxılan şikayəti əsassız hesab edərək əvvəlki məhkəmənin qərarını qüvvədə saxlayıb. (Mənbə:Qafqazinfo.az)

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər