Bakıda avtobusda dava: sərnişin həbs edildi

Bakıda sərnişin avtobusunda mübahisə davaya çevrilib.

Avrasiya.net Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində, 185 saylı marşrut avtobusunda baş verib.

Sabunçu rayonunun Zabrat qəsəbəsində sərnişin Niyazi Ağayev (soyad şərtidir) əmisi ilə birlikdə avtobusa minib. O, Bakıxanov qəsəbəsində sürücüyə yaxınlaşaraq, əmisinin xəstə olduğunu deyib və buna görə avtobusu dayanacaqdan kənar yerdə saxlamasını istəyib. Sürücü isə ona avtobusu dayanacaqdan kənarda saxlamağın qadağan edildiyini bildirib. Niyazi sürücü ilə mübahisə edərkən avtobusda sərnişin qismində olan Hüseyn Məmmədov (soyad şərtidir) söhbətə müdaxilə edib. O, sürücünü müdafiə edib.

Bu vaxt avtobus dayanacaqda saxlayıb və Hüseyn avtobusu tərk edib. N.Ağayev onun arxasınca düşərək, mübahisəni davam etdirib. Nəticədə dava yaranıb və Hüseyn Niyazini döyüb. Sərnişinlər dava edənləri ayırıblar, əraziyə polis əməkdaşları gəliblər.

Faktla bağlı cinayət işi başlanıb, iş Sabunçu Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin hökmü ilə H.Məmmədov üç ay müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər