Azərbaycan dövlətçiliyi üçün tarixi dönüş nöqtəsi - 03.09.1991

Azərbaycan dövlətçiliyi üçün tarixi dönüş nöqtəsi - 03.09.1991Vasif Əfəndi
Siyasi ekspert

Heydər Əliyevin 3 sentyabr 1991-ci ildə Naxçıvan Ali Məclisinin Sədri seçilməsi gün.

1991-ci il 3 sentyabr tarixi Azərbaycanın müasir dövlətçilik tarixində mühüm bir mərhələ kimi yadda qalmışdır. Həmin gün görkəmli dövlət xadimi Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildi. Bu hadisə, Azərbaycanın müstəqillik yolunda inamla irəlilədiyi, lakin çətin və qeyri-müəyyən bir dövrdə baş verdi.

SSRİ-nin süqutu ərəfəsində ölkədə xaos və siyasi sabitsizlik hökm sürürdü. Dövlət idarəçiliyində təcrübəsizlik, separatizm meyilləri və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü vəziyyəti daha da ağırlaşdırırdı. Belə bir şəraitdə Heydər Əliyevin siyasi səhnəyə qayıdışı və Ali Məclisə rəhbər seçilməsi gələcəkdə onun siyasi hakimiyyətin ən yüksək pilləsinə yüksəlməyə zəmin yaratdı...

Heydər Əliyev Naxçıvanda qısa müddətdə mühüm və prinsipial qərarlar qəbul etdi. O, Naxçıvan Muxtar Respublikasının adından “sovet sosialist” sözlərinin çıxarılması, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının rəsmi bayraq kimi qəbul edilməsi və 31 Dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması kimi tarixi addımlara imza atdı.Onun uzaqgörənliyi və siyasi iradəsi Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində və gələckdə məğlub olduğumuz müharibədə zəfər bayrağını qaldıran İlham Əliyev kimi komandanın yetişdirilməsində həlledici rol oynadı.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər