QHT Agentliyi ilk dəfə özəl tərəfdaşla birgə qrant müsabiqələri elan edəcək

“QHT-lərə Dövlət Dəstəyi Agentliyi Nizamnamə məqsədlərindən irəli gələrək dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında üçtərəfli əməkdaşlıq mexanizmlərinin inkişafı və təşviqinə çalışır. Bu gün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi BP ilə əməkdaşlıq çərçivəsində birgə qrant müsabiqələri elan edəcək. Bu, özəl tərəfdaşla birgə elan etdiyimiz ilk qrant müsabiqələridir”.

Bu barədə Avrasiya.net-ə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva açıqlama verib.

Ülviyyə Qarayeva deyib ki, 4 spesifik mövzu istiqaməti olacaq. QHT-lərin layihə təklifləri üçün sentyabrın 22-dən oktyabrın 22-dək Agentliyin elektron xidmətlər portalında e-ərizə bölməsi aktiv olacaq. Qrant məbləğlərinin yuxarı həddi kiçik qrant üzrə 15 min, orta qrant üzrə 30 min, böyük qrant üzrə 50 min manatdır. QHT geniş seçim imkanına malikdir, layihə təklifinin kiçik, orta, yoxsa böyük qrant müsabiqəsinə uyğunluğunu özü sərbəst müəyyən edir, hətta bütün müsabiqələrə uyğun fərqli layihələr təqdim etməkdə məhdudiyyət yoxdur. Lakin nəzərə alınmalıdır ki, Agentlik eyni QHT-nin təqvim ili ərzində kiçik, orta və böyük qrant müsabiqələri üzrə yalnız 1 layihəsini maliyyələşdirilə bilər. QHT-nin seçimini düzgün aparması, 1 layihə təklifi üzrə kiçik, orta və böyük qrant müsabiqələrindən yalnız birinə müraciət etməsi tövsiyə edilir.

Agentik təmsilçisi onu da deyib ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyi Azərbaycan QHT-lərinin inkişafı, ölçüləbilən nəticələrlə onların fəaliyyətlərinin səmərəliliyinin yüksəldilməsi üçün dəstək tədbirlərini genişləndirməkdə davam edəcək. Yaxın günlərdə Özbəkistan Respublikasının Vətəndaş Cəmiyyəti İnstitutlarının Dəstəklənməsi üzrə İctimai Fondu ilə əməkdaşlıq çərçivəsində Özbəkistanla birgə qrant müsabiqəsi də elan olunacaq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər