Kabel oğruları tutuldu

Polis Ağcabədidə 47 min manat dəyərində kabel oğurlayan 2 nəfəri saxlayıb

Avrasiya.net xəbər verir ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində kənd təsərrüfatında istifadə edilən qurğuların elektrik kabelini oğurlayaraq külli miqdarda ziyan vuran şəxslər tutulublar.

Avqustun 20-dən 24-dək olan müddətdə rayonun Salmanbəyli kəndi ərazisində yerləşən şirkətlərdən birinə məxsus pivot suvarma qurğusunun 47 min manat dəyərində kabellərin oğurlanması barəsində polisə məlumat daxil olub.

Əməliyyat tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Cavanşir Əzizov və 1988-ci il təvəllüdlü Dilqəm Hüseynov saxlanılıblar.

Araşdırmalar zamanı C.Əzizovun Ağcabədi rayonunun Avşar kəndi ərazisində yerləşən başqa bir suvarma qurğusundan 600 metr uzunluğunda kabel oğurlaması da müəyyən edilib.

Onların bu hərəkətləri nəticəsində sahələrin suvarılması dayanıb, təsərrüfat subyektlərinə və fermerlərə ciddi maddi ziyan dəyib.

Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilənlər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər