Azərbaycan və Böyük Taarruz: Nəriman Nərimanovun dəstəyi və tarixi rol
Vasif Əfəndi
Siyasi ekspert
30 Avqust 1922-ci ildə qazanılan Böyük Taarruz zəfəri təkcə Türkiyə tarixində deyil, bütün türk dünyasının taleyində mühüm dönüş nöqtəsi oldu. Bu zəfər Anadolunun işğaldan azad edilməsini, yeni türk dövlətinin – Türkiyə Respublikasının yaranmasını təmin etdi. Ancaq çox az hallarda vurğulanan mühüm məqamlardan biri də Azərbaycanın bu zəfərdə oynadığı dolayısı ilə roldur. Xüsusilə də Azərbaycan Sovet Sosialist Respublikasının rəhbəri Nəriman Nərimanovun siyasi iradəsi və dəstəyi Anadoludakı mübarizənin uğurla nəticələnməsində mühüm amillərdən biri idi.
Azərbaycan–Türkiyə münasibətlərinin tarixi zəminləri yaxın keçmiş üçün 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Osmanlı dövləti ilə sıx əlaqələrindən gəlir. Nuru Paşanın komandanlığı altında Qafqaz Türk Ordusu Bakını erməni-bolşevik qüvvələrindən azad etməsi bu qardaşlıq münasibətləri Azərbaycan xalqının yaddaşına dərin köklərlə hopdu. Türkiyə–Azərbaycan münasibətləri yalnız XX əsrin hadisələri ilə məhdudlaşmır. Daha qədim tarixi nümunələr də qardaşlığın əsrlərə söykəndiyini sübut edir:
XVI əsrdə Osmanlı qoşunları Şirvan torpaqlarını Səfəvi işğalından azad edərək Şirvanşahlar dövlətinə dəstək vermişdi. Bu addım Azərbaycanın müstəqilliyini qorumaq istiqamətində qardaş yardımının ilk bariz nümunələrindən biri idi. Tarixin müxtəlif mərhələlərində, xüsusilə də İran təzyiqləri dövründə Anadolu türkləri Azərbaycan xalqının yanında dayanmış, mənəvi və siyasi dəstəyini əsirgəməmişdir.1921-ci il Moskva və Qars müqavilələrinin imzalanması nəticəsində Naxçıvana Azərbaycanın tərkibində xüsusi muxtar status verildi. Bu qərar Türkiyənin diplomatik dəstəyi ilə mümkün oldu. Ankara həmin müqavilələrdə “Naxçıvan Azərbaycanın tərkibində qalarsa, biz onu qorumağa söz veririk” şərtini irəli sürmüşdü. Bu, Türkiyənin Azərbaycanın ərazi bütövlüyünə hələ sovet dövründə verdiyi zəmanətin bariz göstəricisidir.
Lakin 1920-ci ilin aprelində AXC süquta uğradı və Azərbaycan sovetləşdirildi. Yeni siyasi vəziyyətə baxmayaraq, türk birliyi ideyası, Anadoludakı qardaşların müstəqillik mübarizəsinə sevgi və dəstək xalq arasında güclü idi.
1920-ci ildə Azərbaycan SSR rəhbəri olan Nəriman Nərimanov Türkiyəyə yardım məsələsini şəxsi siyasi gündəminin əsasına çevirdi. O, Moskvada Leninə və digər bolşevik rəhbərlərinə müraciət edərək Anadoludakı hərəkatı dəstəkləməyin zəruriliyini israrla vurğulayırdı.Nərimanovun məşhur fikirlərinin birindıə belə demişdi:
“Türkiyənin istiqlalı, bizim də istiqlalımızdır. Türkiyənin məğlubiyyəti bütün Şərqin məğlubiyyəti olacaq.”
Bu mövqe nəticəsində Sovet rəhbərliyi, Türkiyə Böyük Millət Məclisi hökuməti ilə münasibətləri normallaşdırmağa və ona yardım etməyə məcbur oldu.
1921–1922-ci illərdə Azərbaycandan Türkiyəyə 10 milyon qızıl rubl göndərildi.Bakı nefti Anadolu ordusunun silahlanmasında və texniki təminatında əsas mənbə oldu.Göndərilən taxıl və ərzaq yardımları Türkiyədə aclıq və yoxsulluq dövründə ciddi dəstək oldu.Anadolunun milli ordusuna silah və sursat göndərildi.
Azərbaycan ordusu birbaşa döyüşdə iştirak etməsə də, Nərimanovun siyasi iradəsi və Bakının maddi yardımı Böyük Taarruzun uğurunda həlledici amillərdən biri idi.Bu fakt, Türkiyə–Azərbaycan qardaşlığının yalnız sözlə deyil, əməli addımlarla da sübut olunduğunu göstərir.30 Avqust zəfəri həm də Azərbaycan üçün ilham mənbəyi oldu. 2020-ci ildə Qarabağ zəfəri qazanıldıqda, ictimaiyyətdə tez-tez Böyük Taarruzla müqayisələr aparıldı.
1922-ci ilin 26–30 avqustunda baş verən türk dünyasının sönməyən ulduzu Mustafa Kemal Paşanın komandanlığı ilə Böyük Taarruz və Dumlupınar döyüşü Türkiyənin qurtuluşunu təmin etdi. Yunan ordusu darmadağın edildi, İzmir azad olundu.
Bu qələbə Azərbaycanda böyük sevinc və fərəh hissi ilə qarşılandı. Rəsmi sovet senzurası sevinc nümayişlərinə imkan verməsə də, xalq arasında gizli şəkildə qardaş Türkiyənin zəfəri qeyd olunurdu. Bu gün 30 Avqust Zəfər Bayramı yalnız Türkiyənin deyil, bütün türk dünyasının, o cümlədən Azərbaycanın da ortaq zəfəri kimi qiymətləndirilməlidir.
Son xəbərlər
