Bank ölən müharibə iştirakçısının ailəsini məhkəməyə verdi

Vətən müharibəsi iştirakçısı, mərhum Səbuhi Məmmədovun ölümündən 2 il keçməsinə baxmayaraq, “Bank of Baku” onun kredit borcunu anasından tələb edir və məsələ artıq məhkəməyə çıxarılıb.

Bu barədə jurnalist Tural İbadlı sosial şəbəkə hesabında paylaşım edib:

“Vətən müharibəsi veteranı Səbuhi 2 il öncə dəm qazından boğularaq vəfat edib. Onun vəfatından bir müddət sonra bilmişik ki, “Bank of Baku”dan kredit götürüb və təxminən 1000-1200 manat borcu qalıb.

Üstündən 2 ilə yaxın vaxt keçib, Səbuhinin anasını banka çağırıblar və deyiblər ki, oğlunun krediti var idi, onu ödəməlisən. Hətta bank əməkdaşı bir qədər də genələrək qayıdıb ki, “oğlunuzun borcunu ödəyin ki, o dünyada da onu “inkir-minkir” narahat eləməsin”.

Bir sözlə, indi də veriblər məhkəməyə və işə sentyabrın 1-də Şirvan şəhər Məhkəməsində hakim Əli İmanovun sədrliyi ilə baxılacaq.

Qeyd edim ki, 44 günlük Vətən müharibəsində iştirak edən Səbuhi Məmmədov Prezident İlham Əliyevin sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı ilə, həmçinin bir sıra digər təltiflər və təşəkkürnamələrlə mükafatlandırılıb”.

“Bank of Baku”nun Reklam və İctimaiyyətlə Əlaqələr departamentindən Globalinfo.az-a bildirilib ki, məsələ ilə bağlı araşdırılma aparılır:

“Müharibə iştirakçısının kredit borcu ilə bağlı yayılan məlumatları gördük. Məhkəmə prosesi ilə bağlı dəqiq məlumatımız yoxdur, araşdırma aparılır”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər