Bakıda Türk şəhidliyi ziyarət edilib

Bakıda Türkiyənin 30 Avqust Zəfər Bayramı münasibətilə Türk şəhidliyi ziyarət edilib.

Tədbirdə Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Birol Akgün, səfirliyin nümayəndələri və bir sıra rəsmi şəxslər iştirak edib.

Əvəvlcə Türk şəhidliyi abidəsinin önünə əklil qoyulub. Sonra isə Azərbaycan və Türkiyənin Dövlət Himnləri səsləndirilib.

Səfiri Birol Akgün abidənin önündə çıxış edib.

O, Azərbaycan və Türkiyə şəhidlərini rəhmətlə anaraq ruhları qarşısında öz ehtiramını ifadə edib.

Birol Akgün ölkələrimiz arasında qardaşlıq əlaqələrinin möhkəmlənməyə davam edəcəyini vurğulayıb.

Ardınca Türk şəhidliyi və Şəhidlər xiyabanı ziyarət edilib, abidənin önünə əklil qoyulub, qərənfillər düzülüb.

Qeyd edək ki, 1922-ci ilin 30 avqustunda Dumlupınarda Mustafa Kamal Atatürkün baş komandanlığı altında qazanılan qələbə Türkiyədə Zəfər Bayramı kimi qeyd olunur.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər