Azərbaycanda 100-ə yaxın Çin dilində danışa bilən bələdçi hazırlanacaq

Azərbaycanda 100-ə yaxın Çin dilində danışa bilən bələdçi hazırlanacaqAzərbaycanda yaxın vaxtlarda 100-ə yaxın Çin dilində danışa bilən peşəkar bələdçi hazırlanacaq.

Avrasiya.net xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini Rəşad Əliyev bildirib.

Onun sözlərinə görə, hazırda ölkədə fəaliyyət göstərən Çin dili fakültələrinin tələbələri və məzunları ilə danışıqlar aparılır: “Onları xüsusi təlim proqramına cəlb edəcəyik. Bundan əlavə, Çin dili kursları təşkil olunacaq və bu kurslar vasitəsilə bələdçilərin peşəkar hazırlığı təmin ediləcək”.

R. Əliyev qeyd edib ki, artıq təlim proqramının hazırlanmasına başlanılıb: "Proqram çərçivəsində bələdçilərə çinli turistlərin davranış xüsusiyyətləri, gözləntiləri və xidmət standartları barədə praktiki biliklər öyrədiləcək. Kursu uğurla başa vuran iştirakçılara rəsmi sertifikat təqdim olunacaq".

O əlavə edib ki, layihənin əsas məqsədi Azərbaycana gələn çinli turistlərin daha rahat və keyfiyyətli xidmətlə təmin edilməsidir: “Çin bazarı Azərbaycan üçün prioritet istiqamətlərdən biridir. Turistlərin sayındakı artımı nəzərə alaraq, bu istiqamətdə hazırlıq işlərini genişləndiririk”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər