Özünüzə yığışın, ayıbdır!!! CİDDİ

Vüqar Tofiqli

Bu gün bələdiyyə sisteminin nüfuzunun lazimi səviyyədə olmamasının bir səbəbi də bəzi bələdiyyə sədrlərinin yerində olmamasıdır. Söhbət ondan gedir ki, sədr həm də icra aparatının rəhbəridir, yəni sayından asılı olmayaraq bələdiyyə qulluqçularının fəaliyyətini tənzimləyir, bələdiyyənin başlıca vəzifəsi kimi vətəndaş məmnunluğunun təmin edilməsinə həm də məsuliyyət daşıyır.

Bu gün hansı səbəbdən bələdiyyə sədri xanımların oturduğu otaga səsyazan kamera quraşdırmaq niyyətində olur, digər tərəfdən bütün qulluqçulardan işdən çıxmaq üçün ərizə tələb edir, habelə bələdiyyə qulluqçuları arasında “intriqa” yaratmağa səy göstərməklə yanaşı, həm də siyasi rəhbərə xoş getmək üçün vaxt tapıb ərazidə “söküntü” işləri həyata keçirir. Hələ bu azmış kim qonşu bələdiyyənin ərazisində də bu işləri həyata keçirməkdən sanki zövq alır. Sən bələdiyyə sədrisən, ya “RJU” işçisi və yaxud “Jek” müdiri.

Bu gün heç o sahədə çalışanlar bu addımı atmırlar. Nə qədər səviyyəsiz olasan ki, gedib qonşu bələdiyyənin ərazisində vaxtını “söküntü” aparmaqla keçirəsən. Adını soruşanda başqa ad deyəsən. Ayıbdır, vallah.
Sədrin tapşırıgı ilə qonşu bələdiyyənin ərazisində vergi yığıb aradan çıxanları gördük, əlində süpürgə küçə süpürən sədri də gördük, ancaq işini gücünü atıb siyasi rəhbərə xoş getmək üçün qonşu bələdiyyənin ərazisində qanunsuz tikintilərin söküntüsü ilə məşğul olan sədri birinci dəfə idi ki, həm eşidir, həm də görürdük.

Təkrar edirəm, ayıbdır. Bu şərəfsiz addımınızla digər 684 sədri urvatsız etməyin. Özünüzə yığışın, öz işinizlə məşğul olun. Seçkili orqanın rəhbəri olaraq heç olmasa oturduğunuz kresloya hörmət edin.

Növbəti dəfə adbaad yazılacaq və əldə etdiyim görüntülər paylaşılacaq. Konkret.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər