Universitetlərdə 3 mindən artıq boş yer qalıb

Universitetlərdə 3 mindən artıq boş yer qalıbBu il ali təhsil müəssisələrinin müsabiqəsində 88 min 756 nəfər abituriyent iştirak edib. Onlardan 57 min 236 nəfər (o cümlədən 6461 subbakalavr) ali məktəblərə qəbul olunub.

İxtisas qrupları üzrə ümumilikdə 3 min 100-dən artıq boş yer qalıb.

Belə ki, I ixtisas qrupunda abituriyentlər 20 min 385 boş yerin 18 min 432-sinə qəbul alıb. Bu da o deməkdir ki, bu qrupda 1953 boş yer mövcuddur.

II ixtisas qrupuna 14 min 935 boş yer ayrılmışdır ki, bunun da 14 542-si dolub. Nəticələr açıqlandıqdan sonra məlum olur ki, ixtisas seçiminin ikinci cəhdinində bu ixtisas qrupunda 393 yer qalıb.

Hər il gərgin rəqabətin olduğu III qrupda boş yerlərin 98,44 faizi dolub. Belə ki, bu qrupda 15 min 583 boş yerin 15 min 340-ı dolub. İxtisas seçiminin ikinci cəhdi üçün III qrupda boş qalan yerlərin ümumi sayı 243-dür.

IV qrup üzrə qəbul aparılan universitetlərdə ümumilikdə 4 min 732 boş yer var idi, ixtisas seçimindən sonra bu qrup üzrə ali məktəblərə qəbul olunanların sayı 4 min 507 nəfər olub. Boş qalan yerlərin sayı isə cəmi 225-dir.

V qrupda isə 4 min 704 boş yerə 4 min 415 nəfər qəbul olunub. Hazırda bu ixtisasda boş yerlərin sayı 289-dur.

Qeyd edək ki, boş qalan yerlərə ixtisas seçimi avqustun 28-dən sentyabrın 2-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər