Bakının yanar bazarları: Binə və Sədərək faciələri nə vaxt bitəcək?

Bakının yanar bazarları: Binə və Sədərək faciələri nə vaxt bitəcək?Vasif Əfəndi
Siyasi ekspert

Bakı sakinləri üçün artıq adi hala çevrilib.Hər il Binə və Sədərək ticarət mərkəzlərində kütləvi yanğın baş verir. Hər yanğın isə eyni mənzərəni təkrarlayır – sahibkarların göz yaşı, milyonlarla manatlıq zərər, təhlükəsizlik sistemlərinin yoxluğu və dövlət qurumlarının məsuliyyətsizliyi.

Faciələrin kökündə qanunsuzluq dayanır. Bu ticarət mərkəzləri tikilərkən elementar təhlükəsizlik qaydaları nəzərə alınmayıb. Darısqal keçidlər, fövqəladə çıxışların qapalı olması, yanğınsöndürən sistemlərin yoxluğu Binə və Sədərəyi sadəcə bazar deyil, “yanar barıt anbarı”na çevirib, FHN isə susur.

Rəsmi qanunvericiliyə əsasən, istismara verilən hər bir iri obyekt Fövqəladə Hallar Nazirliyi tərəfindən yoxlanmalı və təhlükəsizlik sertifikatı almalıdır. Əgər hər il yanğın olur, deməli, bu obyektlər ya ümumiyyətlə yoxlanılmayıb, ya da formal kağız üzərində “təhlükəsiz” elan edilib. Bu isə dövlət qurumlarının məsuliyyətsizliyi ilə yanaşı, korrupsiya ehtimalını da gündəmə gətirir.

Binə və Sədərək bazarlarında işləyən minlərlə sahibkar illərlə zəhmət çəkərək qazandığını bir günün içində itirir. Onların heç biri sığortalanmır, dövlət isə dəymiş ziyanın ödənilməsinə kömək etmir. Nəticədə yüzlərlə ailə dolanışıq mənbəyindən məhrum olur. Sığorta şirkətləri normal şəraitdə belə qanunsuz tikililəri sığortalamaqdan imtina etməlidirlər .

Nəticədə isə sahibkarların facisəi yaşanır. Ən faciəlisi isə insan tələfatıdır. Yanğın zamanı elektrik sistemləri dərhal sıradan çıxır, işıq kəsilir, insanlar darısqal və kilidli keçidlərdə çıxış yolu tapa bilmir. Panika nəticəsində xəsarət alanlar və həyatını itirənlər olur. Bu faktın özü belə, həmin obyektlərin bağlanması üçün hüquqi əsasdır.

Hesab edirəm ki, gələcəkdə daha böyük facilərin yaşanmaması üçün bu sayaq ticarət obyektləri bağlanmalıdır. Bunun üçün əsaslı sübutlarım var. Bunlar obyektlərin inşası zamanı tikinti normaları kobud şəkildə pozulması, yanğın və fövqəladə hallara qarşı müdafiə sisteminin olmaması, aidiyyatı qurumların orqanlarının formal yoxlamalar aparması və real nəzarətin yoxluğu,I nsan həyatının hər an təhlükə altında olması və milli iqtisadiyyata və sahibkarlığa ağır ziyanın dəyməsidir.

Binə və Sədərək ticarət mərkəzlərinin bu şəkildə fəaliyyət göstərməsi nə sahibkarların, nə alıcıların, nə də dövlətin maraqlarına xidmət edir. Bu obyektlərin ya dərhal bağlanması, ya da beynəlxalq təhlükəsizlik standartlarına uyğun olaraq yenidən qurulması vacibdir. Əks halda, hər yeni yanğın yeni faciə gətirəcək.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər