Ramiz Mehdiyevin həyat yoldaşı məhkəmədə uduzdu

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sabiq prezidenti Ramiz Mehdiyevin həyat yoldaşı, professor Mehdiyeva Qalina Yuriyevnanın sahibi olduğu "Fireland Vineyards" şərab zavodu məhkəmədə Səidov Elmar Çingiz oğluna uduzub.

"Unikal"ın əldə etdiyi məlumata görə, proses Bakı Apellyasiya Məhkəməsində keçirilib.

Belə ki, sözügedən şərab zavodunda direktor olan Elmar Səidov bu vəzifəsindən azad olunmaq istəyib. Lakin xanım Mehdiyeva onu işdən çıxarmayıb. Nəticədə E.Səidov onu məhkəməyə verib və qalib gəlib.

Qeyd edək ki, 26.01.2007-ci ildə dövlət qeydiyyatına alınan “Fireland Vineyards” MMC Azərbaycanın ən böyük şərab istehsalçılarından biridir.

Məlumat üçün bildirək ki, "Fireland Vineyards" MMC xammal kimi əsasən Novxanı qəsəbəsində "Duzlu göl" adlandırılan ərazinin yaxınlığında yetişdirilən üzümdən istifadə edir. Həmin ərazidə Qalina Mehdiyevaya məxsus 113 hektar torpaq sahəsində üzüm sahəsi var. Zavodun xammal kimi bu bağın üzümlərindən istifadə etdiyi deyilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər