ƏHD Partiyasının rəhbərliyi Əbülfəz Elçibəyin məzarını ziyarət edib

Bu gün Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının rəhbərliyi, İdarə Heyətinin üzvləri milli-azadlıq hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin məzarını vəfatının 25-ci ildönümü ilə bağlı ziyarət ediblər.

Əbülfəz Elçibəyin məzarının önünə əklil və gül dəstələri qoyulub.

ƏHD Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Elçibəyin həyat yolu, Azərbaycan tarixindəki yeri və ideyaları ilə bağlı fikirlərini bölüşüb.

Əbülfəz Elçibəyin işıqlı xatirəsinin heç zaman yaddaşlardan silinməyəcəyini bildirən millət vəkili Qüdrət Həsənquliyev onun Azərbaycan xalqı və dövləti qarşısında müstəsna xidmətlərindən söz açıb. “Əbülfəz Elçibəy fəaliyyətinin bütün dövrlərində, həm hakimiyyətdə, həm də müxalifətdə olduğu zaman xalqın və dövlətin mənafeyini hər şeydən üstün tutub, fədakarlıq nümayiş etdirib. Əbülfəz Elçibəyin xatirəsi hər zaman əziz tutulacaq və ehtiramla anılacaq, ruhu şad olsun".

Daha sonra Əbülfəz Elçibəyin ruhuna fatihə oxunub.




Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər