Viləşçay su anbarında batan 67 yaşlı kişinin meyiti tapıldı
Dərc olunub:
21-08-2025, 19:42
Masallıda Viləşçay su anbarında batan 67 yaşlı kişinin meyiti tapılıb.
Avrasiya.net xəbər verir ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasedicilərinin axtarışları nəticəsində 67 yaşlı Mirmusa Aslanovun meyiti Viləşçay su anbarında aşkarlanıb.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Son xəbərlər
