DSX generalı icra başçısının birinci müavinini təltif edib - Foto
Dərc olunub:
21-08-2025, 16:38
Şabran Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn İlyasov Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti ilə qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin inkişafında və möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin rəisi, general-leytenant Müzəffər Pirizadənin Fəxri Fərmanı ilə təltif edilmişdir.
Şabran Rayon İcra Hakimiyyəti göstərilən bu etimada görə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəhbərliyinə öz minnətdarlığını bildirir.
Son xəbərlər
