"Rəqsanə əri Fazillə birlikdə bizdən 520 min dollar pul alıb" - VİDEO

Xəbər verdiyimiz kimi, müğənni Rəqsanə İsmayılova 1 milyon manatlıq dələduzluq ittihamı ilə həbs edilib.

Avrasiya.net xəbər verir ki, müğənninin işi üzrə zərərçəkmiş Məşədiəli Nağıyevin kürəkəni sosial şəbəkədə açıqlama yayıb.

Bildirib ki, müğənnidən əlavə, bu məsələdə həyat yoldaşı Fazil Əmiraslanov da iştirak edib:

“2022-ci ildə qayınatamın vətəndaşlığının bərpası ilə bağlı problemi yaranmışdı. Rəqsanə və həyat yoldaşı Fazil Əmiraslanov özləri bizə müraciət etdilər. Dedilər ki, Rusiyanın hüquq-mühafizə orqanlarında yüksəkrütbəli tanışlar var, sizin işinizi həll edə bilərik. Onların adından istifadə edərək bizdən 520 min dollar pul aldılar. Qayınatamdan əlavə bizim ailə də pul qoymuşdu. Həmin pulu Rəqsanə və ərinə şəxsən mən və qardaşım birlikdə vermişik. Üstündən uzun müddət keçdikdən sonra anladım ki, onların yüksəkvəzifəli tanışı yoxdur, bizi aldadıblar. Kifayət qədər sübutlarımız-səs yazıları, videoçəkilişlər var. Nə qədər onlarla dil tapmağa çalışdıq, amma nəticə əldə etmədik. Sonda hüquq-mühafizə orqanlarına müraciət etdik və əlimizdəki bütün sübutları istintaqa təhvil verdik".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər