Biləsuvarda yeniyetmə oğlan 59 yaşlı kişini bıçaqladı
Dərc olunub:
20-08-2025, 16:38
Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə rayonun Nərimankənd kəndində qeydə alınıb.
Həmin kənd sakini, 2008-ci il təvəllüdlü Kənan Abuzərli öz həmkəndlisi olan 1966-cı il təvəllüdlü Azər Babayevi bıçaqlayıb. O, müxtəlif xəsarətlərlə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
