star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

“90 yaşım var, güclə beş addım atıram...”

Sabiq Baş naziri Artur Rasi-zadə Xalq yazıçısı Elçin Əfəndiyevin vida mərasiminə qatılmayıb, bu isə müzakirələrə səbəb olub.

Avrasiya.net-in məlumatına görə, Manset.az məsələ ilə bağlı A.Rasi-zadədən açıqlama alıb.

O bildirib ki, səhhətindəki problemlərlə əlaqədar mərasimdə iştirak edə bilməyib: “Mən güclə beş addım atıram. Qan təzyiqim yüksəkdir, mənim üçün bu istilərdə çölə çıxmaq çox çətindir. Elçinin həyat yoldaşı ilə danışdım, başsağlığı verdim. Səhhətimlə bağlı vida mərasiminə getməmişəm. Elçin Əfəndiyevlə çox yaxşı münasibətim olub. Onun kiçik qızı ilə nəvəm rəfiqədir. Yanıma da gəlmişdilər. Bu cür iddialar əsassızdır, boş, axmaq söhbətlərdir. İnsanıq, xəstə ola bilərik, 90 yaşım var. Başqa nə ola bilər ki? Mənim yeganə qızım da, nəvəm də orada iştirak edib. Mərasimə əklil də göndərmişəm”.

Xatırladaq ki, tanınmış yazıçı, ictimai-siyasi xadim, uzun illər Baş nazirin müavini vəzifəsində çalışmış Elçin Əfəndiyev iyulun 3-ü vəfat edib.

Qeyd edək ki, Elçin Əfəndiyev 1993-cü ildən 2018-ci ilə qədər Azərbaycan Baş nazirinin müavini vəzifəsində çalışıb. O, 1996-cı ildən ölkənin sabiq Baş naziri Artur Rasi-zadə ilə birgə işləyib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər